Separatçıların Paşinyana məktubunun ŞOK detalları erməni mediasında

Separatçıların Paşinyana məktubunun ŞOK detalları erməni mediasında

Azərbaycanın işğal atlında olan Qarabağ bölgəsindəki separatçıların başçısı Araik Arutyunyan Ermənistandan da hərbi əməliyyatların dayandırılmasını istəyib.

KONKRET.az xəbər verir ki, “Aysor”a istinadən xəbər verir ki, bu barədə “Qraparak” məqalə yayıb.

Bildirilib ki, Arutyunyanın müraciəti Ermənistanda “hərbi vətənsevərlik nağılları danışanların üstünə soyuq su səpib”. Məqaləyə əsasən, separatçıların başçısı bununla da reallığı qəbul etməyə çağırıb.

Oktyabrın 23-də Arayik müraciət edərək atəşkəs rejiminin tətbiqində Rusiya prezidenti Vladimir Putindən yardım istəmişdi. Müəllif iddia edib ki, işi çətinə düşən Arutyunyan Rusiya prezidentindən yardım istəyir: “Ancaq dinc vaxtlarda o, Rusiyanın “persona non-qrata” (“arzuedilməz şəxs”) elan etdiyi Masis Mailyan və Samvel Babayanı “vəzifə”yə təyin etmişdi. Bu baxımdan Arayikin Rusiya prezidentinə müraciəti təzadlıdır”.

Məqalə müəllifi yazıb ki, Arayik Ermənistanın baş naziri Nikol Paşinyana da oxşar məzmunda məktub ünvanlayıb. O, Paşinyandan reallığı qəbul edərək təcili atəşkəsə nail olmağı və danışıqlar masasına oturmasını istəyib. Ancaq bu məktub barədə rəsmi İrəvan məlumat yaymayaraq gizlədib.

Mənbə: konkret.az