“Azərbaycan Ermənistana "ilk mesajı" 2016-cı ilin Aprel döyüşlərində verdi” – Rusiyalı ekspert

“Azərbaycan Ermənistana "ilk mesajı" 2016-cı ilin Aprel döyüşlərində verdi” – Rusiyalı ekspert

“Azərbaycanlılar mütəmadi olaraq Rusiyaya müxtəlif tədbirlərə gəlirlər, müşahidəçi qismində təlimlərdə, komanda-qərargah oyunlarında iştirak edirlər. Bütövlükdə, hərbi texnikanın müasir inkişafını yaxşı bilirlər, kifayət qədər inkişaf etmiş bir orduya sahibdirlər”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən mənbə bildirib.

“Rəsmi Bakının hərbi potensialının artmasını və mümkün müharibənin perspektivlərini göstərən “ilk mesajı” 1-5 aprel 2016-cı il döyüşləri idi. Həmin vaxt pilotsuz uçuş aparatlarından da (PUA) mühüm element kimi fəal istifadə edildi. Bura həm kəşfiyyat PUA-ları, həm də kamikadze pilotsuz təyyarələri (IAI Harop tipli döyüş sursatları) daxil idi.

2020-ci ilin iyulunda baş verən qarşıdurmalarda da “ikinci mesaj” verildi. O zaman Azərbaycan yenidən PUA-lardan aktiv istifadə etdi, silahlı qüvvələrin müxtəlif qolları və xidmətləri arasında kifayət qədər yüksək səviyyədə əlaqələndirilmə nümayiş etdirdi.

Kəşfiyyat dronunun artilleriya zərbəsinə qədər aşkarlanma vaxtı bəzən çox qısa olur və bu da müxtəlif bölmələr arasında qarşılıqlı əlaqələrin yaxşı inkişaf etdiyini sübut edir”. Mənbə “Kommersant”a müsahibəsi zamanı belə deyib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az