Azərbaycan böyük dəyişiklik üçün düyməyə basdı – Professordan şok iddia

Azərbaycan böyük dəyişiklik üçün düyməyə basdı – Professordan şok iddia

Azərbaycanın işğalçı Ermənistana qarşı Qarabağdakı uğuru Turan Ordusu məsələsini yenidən gündəmə gətirdi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzetində dərc olunan məqalədə bildirilib.

Nəşr qeyd edir ki, uzun müddətdir müzakirə olunan Turan Ordusu ideyası Türkiyənin verdiyi hərbi təlim, birgə təlimlər və dron dəstəyi ilə güc qazanan Azərbaycanın Qarabağda Ermənistana qarşı qazandığı uğurlardan sonra yenidən gündəmə gəlib:

“Müdafiə naziri Hulusi Akarın Qazaxıstana etdiyi kritik səfəri zamanı iki ölkə arasında imzalanan hərbi təlim və əməkdaşlıq müqavilələri türk dövlətlərinin ortaq bir ordu qurma istiqamətində atılmış addım kimi qəbul edilir. “Turan Ordusu mümkündürmü?” suallarını cavablandıran mütəxəssislər Türkiyənin öndərliyində qurulması gözlənilən bu ordusunun regional və qlobal mövzularda söz sahibi ola biləcəyini deyirlər.

Professor Kürşad Zorluya görə, bu, türk dünyasında, xüsusilə də Türkiyədə zaman-zaman gündəmdə olan bir mövzudur:

“Qarabağ müharibəsi ilə yanaşı, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının nəticələri bu məsələyə fərqli bir ölçü qazandırır. 2013-cü ildə Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan hərbi statuslu bir təşkilat yaradıldı. Həyəcan oyatdı, bununla bağlı ortaya çıxan xəbərlər bir çoxlarını ürkütdü. Turan Ordusu çox vacib bir hədəfdir. Uzunmüddətli perspektivdə gözləntilərin yüksək olacağının göstəricisidir. Hazırda Türk Şurası çərçivəsində ortaq hərbi potensialın gücləndirilməsinə və texniki əməkdaşlığın konkret addımlara aparılmasına diqqət yetirmək lazımdır. Onu da vurğulamaq istərdim ki, Qarabağ mübarizəsi layiq olduğu səviyyəyə çatdıqda bu, türk dünyasında böyük bir motivasiyaya səbəb olacaq”.

Professor Cəmaləddin Taşkıranın sözlərinə görə, türk tarixində heç vaxt Türkiyə və digər türk respublikaları bir-birinə bu qədər yaxın olmayıb:

“Tovuz təxribatından sonra Azərbaycanda keçirilən birgə hərbi təlimlər bu prosesi daha da sürətləndirdi. Bundan sonra Ermənistanın hücumları və bu hücumlara verilən cavab, Türkiyənin mənəvi dəstəyi Azərbaycana itirdiyi bütün torpaqları azad etmək imkanı yaradıb. Bu, bütün türk dünyasında məmnunluq yaratdı. Türkiyənin verdiyi dəstəyin bölgədəki tarazılığı dəyişdiyini desək, yanılmarıq.

Baş verənlər Turan Ordusunun qurulmasına gətirib çıxara bilərmi? Bilər! Ancaq bunlardan danışmaq hələ tezdir. Bunları söyləmək müəyyən dairələri də oyadır. Əslində güclü bir iradə ortaya qoyulsa, bu gün qeyri-mümkün görünən şeylərin qısa müddətdə, orta və ya uzun müddətdə baş verə biləcəyi mümkün ola bilər”.

 

Mənbə: teleqraf.com