MHP lideri: "Qarabağda atəşkəs aldatmadır, başqatmadır" - "Vətən torpaqları sonuna qədər mübarizə ilə alınacaq"

"Azərbaycan Dağlıq Qarabağda qəhrəmancasına irəliləyir"

Mia.az xəbər veirr ki, bunu partiyasının qrup toplantısında illiyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Bahçeli deyib.

O bildirib ki, Azərbaycan xeyli ərazini Ermənistanın işğalından azad edib: "Qarabağ Azərbaycandır. İşgalçi Ermənistan haqsızdır, hüquqsuzdur, terrorçudur. Qorxaqça arxadan hücum edən Ermənistandır. Bir yanda dialoq çağrışı edən ölkələrin digər yanda ermənilərə silah yardımı göstərməsi tarixin şahid olduğu ən qorxunc riyakarlıqdır".

MHP lideri bildirib ki, Qarabağda atəşkəs aldatmadır, başqatmadır: "Vətən torpaqları sonuna qədər mübarizə ilə alınacaq".

Cebhe.info

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Fələstin rəsmisi Sudana çağırış etdi

SONRAKI XƏBƏR

Pikenin yeni müqaviləsindəki xüsusi bəndlər