İran HHMQ-ni gücləndirir - Azərbaycanla sərhəddə

İran HHMQ-ni gücləndirir - Azərbaycanla sərhəddə

Strateq.az “Fars” agentliyinə istinadla xəbər verir ki, bu barədə “Xatəmül-Ənbiya” hava hücumundan müdafiə qüvvəsinin komandanı general Seyyid Əbdürrəhman Musəvi məlumat verib.

“Hava hücumundan müdafiə bölmələri şimal-qərb bölgəsində gücləndirilib və ehtiyac olarsa, əraziyə əlavə qüvvələr cəlb ediləcək”, – deyə o vurğulayıb.

General Musəvi insanların, xüsusilə sərhəd sakinlərinin təhlükəsizliyini qorumanın prioritet olduğunu bildirib: “Ölkələrin ərazi bütövlüyünə hörmət və beynəlxalq tanınmış sərhədlərin qorunması məlum prinsiplərimizdəndir və biz bunlardakı dəyişikliyə dözməyəcəyik”.

Mənbə: strateq.az