“Ermənilərin silah və hərbi texnikaları texniki cəhətdən aşağı səviyyədədir” - Ehtiyatda olan rusiyalı polkovnik

“Ermənilərin silah və hərbi texnikaları texniki cəhətdən aşağı səviyyədədir” - Ehtiyatda olan rusiyalı polkovnik

“Azərbaycanın işğal edilən Dağlıq Qarabağda apardığı müharibədə Ermənistan üzərində texniki üstünlüyü barədə açıqlanan tezislə razıyam”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Vətən Arsenalı” jurnalının baş redaktoru, ehtiyatda olan rusiyalı polkovnik Viktor Muraxovski “Kommersant”a açıqlamasında deyib.

Onun fikrincə, bu, ən çox havada özünü göstərir:

“Pilotsuz uçan aparatlar aktiv şəkildə istifadə olunur. Eyni zamanda, ordudan və ön xəttdə döyüş təyyarələrindən praktiki olaraq istifadə edilmir. Azərbaycan Ordusunun həm lüləli, həm də çoxsaylı raket sistemləri, operativ-taktiki raketləri və müasir artilleriya qurğuları var”.

Eyni zamanda, ekspert hesab edir ki, erməni tərəfi bir çox çatışmazlıqlara və ciddi səhvlərə malikdir:

“Xüsusilə, kamuflyajları və ciddi mühəndis istehkamları yoxdur, silah və hərbi texnikaları texniki cəhətdən aşağı səviyyədədir, səfərbərlikləri yox dərəcəsindədir “.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az