II Qareginin müharibə çağırışı heç bir dini çərçivəyə sığmır - Robert Mobili

Bakı. Elçin Mehdiyev - Trend:

Bütün ermənilərin katalikosu II Qareginin erməniləri Azərbaycana qarşı müharibəyə səsləməsi bütün dini qaydaların pozulmasıdır, kilsə qanunları çərçivəsinə sığmayan bir addımdır.

Bunu Trend-ə Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib.

R.Bobili bildirib ki, dinindən asılı olmayaraq, heç bir din xadimi insanları müharibəyə çağırmamalıdır, bu, bütün dini qaydalara ziddir:

“Xiristian dininin 10 əsaslarından biri də odur ki, “öldürmə”. Ancaq II Qaregin Xristian dininin bu əsaslarını pozaraq insanları müharibəyə səsləyir. Hətta I və II Dünya Müharibələri zamanı da din xadimləri insanları müharibəyə səsləyən çıxışlar etməyib. Görün, II Qaregin nə qədər vəhşət içindədir ki, bütün dini və insani qaydaları pozaraq bu cür çağırış edir.

Adətən, dinlər sülhə, barışığa çağırır, erməni kilsəsi isə daim qan və terrorun arxasında dayanıb və bu gün də o rolu oynayır”.

R.Mobili deyib ki, II Qaregin dini qaydalara zidd olaraq haqq-ədalət prinsiplərini pozmaqla ermənilərə çağırış edir:

“Bu gün Azərbaycan haqq yolundadır, işğal edilmiş torpqalarını azad edir, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü, suverenliyini bərpa etmək yolunda mübarizə aparır. Ermənistan isə burada haqsız tərəfdir, işğalçı və təcavüzkardır. Ermənistanın işğalçı olması beynəlxalq sənədlərdə də öz əksini tapıb. Əlbəttə ki, II Qaregin özü də bunu çox gözəl bilir, lakin o, dini qaydaları kobud şəkildə pozaraq, haqq-ədalətə qarşı çıxaraq insanları haqsız müharibəyə səsləyir. Hesab edirəm ki, dünya din xadimləri II Qareginin bu haqsız və təhrikçi çağırışını ciddi şəkildə pisləməlidir”.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Sizə necə inanaq?

SONRAKI XƏBƏR

Poqba Fransa millisindən ayrılmasını yalanladı: “İslam sülh, sevgi dinidir və hörmət edilməlidir” - FOTO