Politoloq: Müharibə iki gün sonra daha da şiddətlənə bilər

Politoloq:   Müharibə iki gün sonra daha da şiddətlənə bilər

"Cenevrə görüşü ilə bağlı ölkə başçısı dünən çox dəqiq fikirlər səsləndirib. Prezidentin fikirləri hər şeyi açıq şəkildə ortaya qoyur. Hesab edirəm ki, bu görüşün digərlərindən o qədər də böyük fərqi olmayacaq”.

Bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə oktyabrın 29-da Cenevrə şəhərində Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşü haqda danışarkən deyib. O, Ermənistan tərəfinin konstruktiv danışıqlar niyyətində olmadığını bildirib:

"Ermənistan mənasız danışıqlar yolu ilə vaxtı uzat qazanmağa çalışır. Vaxtı uzatmağın da əsas səbəbi silahlanmaq, terrorçulardan ibarət yeni ordu toplamaqdır. Demək olar ki, Ordumuz tərəfindən Ermənistanın bütün silah-sursatları, əsgər və zabitləri, Qarabağda döyüşən terrorçu qruplaşmaları tamamilə məhv edilib. Bu baxımdan onlar özlərini danışıqlara maraqlı kimi göstərməyə çalışırlar. Prezidentin də qeyd etdiyi kimi bu ölkə ilə səmərəli danışıqlar aparmaq olmaz. Ona görə bu görüşlərdən hər hansı ciddi bir nəticə gözləmirəm. Görüşlər o zaman nəticə verər ki, münaqişə tamamilə bitib, işğalçı rejim bu və ya digər yolla torpaqlardan çıxarılsın. Bundan sonra hansısa bir danışıqlardan, iki tərəfli görüşlərdən söhbət gedə bilər”. Redaktor.az

Mənbə: xezerxeber.az