Yəhudilər azərbaycanlılarla çiyin-çiyinə Qarabağda ermənilərə qarşı vuruşur

Yəhudilər azərbaycanlılarla çiyin-çiyinə Qarabağda ermənilərə qarşı vuruşur

Dünya mediası Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, işğal olunmuş əraziləri azad etmək üçün apardığı müharibəni izləməyə davam edir.

KONKRET.az xəbər verir ki, İsrailin nüfuzlu “The Jerusalem Post” qəzeti cəbhə xəttində Azərbaycan ordusunun əsgəri, milliyyətcə bir yəhudi ilə görüşdüyü barədə məqalə yayımlayıb.

“30 il əvvəl ələ keçirilmiş torpaqları azad edərək burada olmağımdan qürur duyuram” deyir vətənpərvər döyüşçü. – “Dostlarım və mən buna inanırıq”.

Adı Daniel Zarbalivdir.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov onun haqqında “Twitter”də yazıb.

Diplomat bu görüşün videosunu yayımlayıb. Söhbət Azərbaycan və alman dillərində alt yazı ilə baş tutub.

Gənc oğlan Quba rayonunun Krasnaya Sloboda (Qırmızı Qəsəbə) qəsəbəsindən olduğunu söyləyib. Bura minlərlə yəhudinin yaşadığına görə məşhurdur.

Zarbaliv Dağlıq Qarabağın azad edilməsi üçün Ermənistana qarşı mübarizə aparır.

Videoda bir səngərdə oturaraq israillilərə xitab edərək onlara səslənib: “İsrail xalqına müraciət etmək istərdim! Bizi dəstəkləyin! Bizim üçün dua edin! Həqiqət Azərbaycanın arxasındadır. Qarabağ Azərbaycandır!”.

İsrailin Azərbaycandakı səfiri artıq ölkəsinin Azərbaycanla həmrəy olduğunu və Bakıya humanitar yardım etdiyini söyləyib.

İsrail Azərbaycana Ermənistan ordusuna qarşı döyüşlərdə səmərəli istifadə olunan hərbi pilotsuz təyyarələr verir.

Danielin timsalında Azərbaycan Ordusunun vətənpərvər əsgərləri müxtəlif millətlərdən olan insanlardır və onların haqq işi qalib gələcək.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az