Qarabağ Azərbaycana aiddir – İranın nüfuzlu din xadimi

Bakı. Elnur Bağışov – Trend:

Qarabağ Azərbaycana və qeyrətli Azərbaycan xalqına aiddir.

Trend-in məlumatına görə, bunu İranın Ekspertlər Şurasının üzvü və İranın Dini Elmlər Mərkəzinin direktoru Ayətullah Əlirza Ərafi deyib.

Ə.Ərafinin sözlərinə görə, qonşu ölkənin ərazisinə təcavüz etmək əsla qəbuledilməzdir.

Ayətulla Ərafi bildirib ki, bütün beynəlxalq etik və humanist normalara əsasən, Qarabağ və onun ətrafındakı ərazilər Azərbaycanın ərazisidir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Sizə necə inanaq?

SONRAKI XƏBƏR

Poqba Fransa millisindən ayrılmasını yalanladı: “İslam sülh, sevgi dinidir və hörmət edilməlidir” - FOTO