"Paşinyanın devrilməsi üçün siyasi və hərbi elita birləşəcək” - RƏY

“Azərbaycanın əks-həmlə əməliyyatı Laçın dəhlizi uğrunda davam edir. Ermənistan əlavə qüvvələr gətirməsinə baxmayaraq, məğlubiyyətə uğrayacaq. Ermənistandan heç bir yüksək rütbəli məmur və siyasətçilər Qarabağa gələ bilmir”.

Cebhe.info xəbər verir ki, bu şərhlə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

O qeyd edib ki, Azərbaycan Qarabağla Ermənistan arasında ilkin mühasirə mərhələsinə başlayıb. Əməliyyatlar uğurla davam etməklə, dəhliz Azərbaycanın tam nəzarətinə keçəcək:

"Bundan əlavə, Xocavənd istiqamətində döyüşlər erməniləri tükədir. Ermənistana göndərilən silahların Qarabağa göndərilməsi də çətinləşəcək.

Hərbi mərhələnin ən aktiv fazası yaşanır. Azərbaycan siyasi-hərbi məqsədlərinə 10 gün ərzində çata bilər.

Nəticədə Nikol Paşinyanın devrilməsi istiqamətində siyasi və hərbi elita birləşəcək. Rusiya da Nikolun getməsi üçün Köçəryan klanını bu rolda aktiv tutacaq.

Azərbaycanın hər keçən gün hərbi uğurları Ermənistanda siyasi böhranı dərinləşdirir. Onu da deyim ki, Ermənistan parlamenti yenidən terrorun hədəfi ola bilər”.

Alçina Amilqızı
Cebhe.info

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Platforma növbətçilərinin seçim imtahanları başa çatıb

SONRAKI XƏBƏR

"Artıq Ermənistanda 14-15 yaşlı uşaqlar belə döyüşə aparılır" - AÇIQLAMA