Misir mətbuatı Azərbaycanın “Iti qovan” dronlarından yazdı

Misir mətbuatı Azərbaycanın “Iti qovan” dronlarından yazdı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 26 oktyabr tarixində xalqa müraciəti Misir KİV-lərində geniş şəkildə işıqlandırılıb.

Bu barədə Yenisabah.az-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətdə qeyd olunan Qoşulmama Hərəkatına üzv ölkələrin BMT TŞ-da nümayiş etdirdiyi mövqe, Qubadlı şəhərinin azad edilməsi, Azərbaycan xalqının ona qarşı edilən haqsızlığı unutmayacağı, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 30 il ərzində apardığı danışıqların ancaq Ermənistanın maraqlarına cavab verməsi və bununla yanaşı olaraq, İslam Əməkdaşlıq Təşkilatının işğalçı Ermənistanın dərhal təcavüzü dayandırması ilə bağlı 22 oktyabr tarixli bəyanatı, Azərbaycanın Hərbi Sənaye Nazirliyinin “iti qovan” pilotsuz uçuş təyyarəsini istehsal etməsi və düşmənə qarşı istifadə etməsi ilə bağlı yayılan xəbərlər, məqalələr və təhlillər Misirin KİV-lərinin diqqət mərkəzində olub.

Mənbə: yenisabah.az