Dünən sosial şəbəkələrdə erməni əsgərlərinin acınacaqlı vəziyyətdə olması ilə bağlı video müzakirələrə səbəb olub. Belə ki, videoda erməni əsgərləri iki güdür ki, yağışın altında, ac olduqlarını və onlarla heç kimin maraqlanmadığını söyləyirlər.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bu gün Ermənistan Azərbaycan ordusunun qarşısında aciz vəziyyətə düşüb:
"Sosial şəbəkələrdə yayılan videolarda Ermənistan ordusunun məğlub olduğu açıq görünür. Nikol Paşinyan bu gün sanki erməni kişilərinə qarşı soyqırım həyata keçirir. Çünki məhv olacaqlarını bilə-bilə onları ölümə göndərir. Son bir neçə ayda Ermənistan ordusunda fərarilik halları artıb. Hətta ölməmək üçün özünü koronavirus xəstəsi kimi qələmə verənlər, başqa dövlətə qaçanlar da var. Çünki erməni gəncləri özlərinə aid olmayan torpaqlarda ölmək istəmirlər. Artıq erməni anaları ayağa qalxaraq Paşinyanın vəzifədən getməsini istəyirlər".
Deputat qeyd edib ki, Ermənistan bu gün ağır vəziyyətdədir:
"Ermənistan rəhbərliyi heç bir zaman ordusuna və millətinə sahib çıxmayıb. Dünən sosaial şəbəkədə yayılan videolar bunu bir daha sübut etdi. Orduda silah-sursat və qida çatışmazlığı var. Aciz vəziyyətə düşən Ermənistanın siyasi və hərbi rəhbərliyi az qala qocalar evində olan yaşlıları da cəbhəyə gödərir. Artıq Ermənistanda 14-15 yaşlı uşaqlar belə, döyüşə aparılır. Bu da açıq şəkildə beynəlxalq uşaq hüquqlarının pozulmasıdır. Ermənistan siyasi və hərbi rəhbərliyi Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyəcəyini anlayır. Ona görə də gündə müxtəlif ölkələrin rəhbərlərinə zəng edərək bizi dayandırmaqları üçün yalvarır. Biz haqq savaşımızı davam etdirəcəyik. Bu münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün tək şərtimiz var. Dünən Ali Baş Komandan bir daha vurğuladı ki, Azərbaycan heç zaman bir qarış torpağını da güzəştə getməyəcək, Ermənistan silahlı qüvvələri dərhal rədd olub torpaqlarımızdan çıxmalıdırlar. Əks təqdirdə, heç bir danışıqlardan söhbət gedə bilməz".
Aysel Yusifqızı
Mənbə: sonxeber.az