Hərbi ekspert: Ermənilərin müharibənin gedişatında dönüş yaratması mümkün deyil

“Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var. Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır”.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsi zamanı səsləndirib.

Rusiyanın Ermənistana silah-sursat verməsi cəmiyyətimizdə narahatlıq doğurur. Görəsən, bu hal müharibənin uğurlu gedişində dönüş yarada bilərmi? Rusiya Ermənistanı nə qədər silahla təchiz edə bilər?

Bu məsələ ilə bağlı hərbi eksper Tərlan Eyvanoz Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, Rusiya Ermənistanın bütün ehtiyacını ödəyə bilməz.

 

Tərlan Eyvazov

“Ermənistanda olan baza o qədər böyük həcmli deyil ki, bizim ordumuzun verdiyi ziyanın qarşısını ödəsin. Bu baza yalnız onların hal-hazırda mühasirədən çıxmasına, müəyyən qədər dözüm gətirməsinə səbəb ola bilər.”

Tərlan Eyvanov qeyd edib ki, ordumuz düşmənin böyük həcimdə iri tank, artilleriya vasitələrini, döyüş maşınlarını sıradan çıxarıb.

“Rusiya müəyyən aktiv silahlar verə bilər. Lakin Ermənistanın ehtiyacını tamamilə ödəyə bilməz. Ən əsası insan resursudur. O da ki, ekranlardan göründüyü kimi, Ermənistan ordusunun ən əsası hərbi mütəxəssisləri yəni atıcıları, topçuları, piyadaların döyüş maşını texnikasını idarə edən sürücüləri, komandirləri sıradan çıxarılıb. Onlar heç nə ilə bunun yerini doldura bilməz. Həmin qoşun birləşməsinin özünü belə bizə, qarşı yönəltsələr yenə də müharibənin gedişatında dönüş yaratmaq mümkün deyil”.

Leyla Mirzə

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Birinci divizionun oyunları üç gündə

SONRAKI XƏBƏR

Azərbaycandakı təsərrüfat subyektləri ilə bağlanan audit müqavilələrinin sayı 15% azalıb, məbləği isə 18% artıb