Hyustonda ordumuza dəstək tədbiri - VİDEO

Hyustonda ordumuza dəstək tədbiri -  VİDEO

Vətənimizdən gələn xoş xəbərlər qürbətdə yaşayan hər bir həmvətənimizi sevindirir. Hər bir azərbaycanlı torpaqlarımızın azadlığı uğrunda gedən mübarizəyə dəstək olmağa çalışır.

Olaylar.az bildirir ki, ABŞ-ın Hyuston şəhərində yaşayan xanımlar da müharibədən zərər çəkmiş soydaşlarımız üçün Azərbaycan Amerika Mədəniyyət Alyansının və Hyuston Azərbaycan Məktəbi tərəfindən təşkil edilmiş ianə tədbirində öz bişirdikləri təamlarla iştirak etdilər. Azərbaycan mətbəxinin ləzzətli nümunələri 300-dən artıq tədbir iştirakçısına təqdim edildi.

Tədbirdə azərbaycanlılarla yanaşı ABŞ, Qazaxıstan, Türkiyə, Türkmən, Rusiya və başqa ölkələrin nümayəndələri də iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublıkasının himni həmvətənlərimiz tərəfindən səsləndirilib.

Yığılan məbləğ vətənimizdə müharibədən əziyyət çəkən həmvətənlərimizin ehtiyacları üçün xərclənəcək.

Mənbə: olaylar.az