Səudiyyə Ərəbistanında hava limanına PUA-larla hücum edildi

Səudiyyə Ərəbistanında hava limanına PUA-larla hücum edildi

Səudiyyə Ərəbistanının cənubunda yerləşən Abha hava limanı silahlı Pilotsuz Uçuş Aparatının hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, hücumu Yəməndəki Husi qruplaşması təşkil edib.

Husilərin sözçüsü Yahya Səri hava limanını “Kasıf-2” tipli PUA ilə vurduqlarını açıqlayıb.

Qeyd edək ki, Husilər son sutka ərzində Abhaya 3 dəfə hücum təşkil edib.

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə Husilər 2014-cü ilin sentyabr ayından bəri paytaxt Səna və bəzi bölgələrin nəzarətini əllərində saxlayır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ildən bəri Husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Zümrüd

Mənbə: publika.az