Ermənistanın parlament müxalifəti Paşinyana səsləndi: “Təcili Təhlükəsizlik Şurasının iclası keçirilsin!”

Ermənistanın parlament müxalifəti Paşinyana səsləndi: “Təcili Təhlükəsizlik Şurasının iclası keçirilsin!”

Ermənistan parlamentinin müxalifət fraksiyalarının nümayəndələri Baş nazir Nikol Paşinyana ölkənin Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini təklif ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Maariflənmiş Ermənistan” fraksiyasının lideri Edmon Marukyan öz Facebook səhifəsində məlumat yayıb.

“Bu gün parlamentin iki müxalifət fraksiyasının liderləri mövcud vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təklifi ilə Baş nazir Nikol Paşinyana müraciət etdilər” deyib.

Qeyd edək ki, Qarabağ münaqişəsi zonasında 27 sentyabrdan bəri gərgin döyüşlər gedir. Azərbaycan Silahlı Qüvvələri işğalda olan torpaqlarının bir qismini azad edib.

Mənbə: konkret.az