“Ya birdəfəlik ağzını yum, ya da…” – Türkiyədən Makrona

“Ya birdəfəlik ağzını yum, ya da…” – Türkiyədən Makrona

“Fransa Prezidenti Emmanuel Makron ya həqiqəti öyrənməlidir, ya da birdəfəlik ağzını yummalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı deyib.

“Avropadakı türk və islam düşmənçiliyi narahatlıq yaradır. Cəhalət və düşmənliyin öndərliyini edirlər. Almaniyada məscidə edilən polis basqını bir sui-qəsddir.

Makronun baş yoracağı başqa problemləri yoxdurmu? Ağlını tamam itirib. Dinin sahibi Allahdır, bəs Makronun yiyəsi kimdir? Siyasi şizofren ya həqiqəti öyrənməlidir, ya da birdəfəlik ağzını bağlamalıdır”, - Bağçalı qeyd edib.

 

Mənbə: teleqraf.com