Diaqnoz: erməni yalanı – Mütəxəssis yazır

Diaqnoz: erməni yalanı – Mütəxəssis yazır

Vətən Müharibəsinin bir ayı tamam oldu. Bu bir ayda düşmənin həm yüzillərdir gördüyümüz, həm də yeni şahidi olduğumuz sifətlərini gördük.

Son illərdə, xüsusilə ötən aylarda Ermənistan rəsmilərinin dilindən məsuliyyətsiz və təcavüzkar bəyanatların sayı artmışdı. Misallar:

"Yeni ərazilərin ələ keçirilməsi üçün hazırlıq gedir" - Ermənistanın müdafiə naziri David Tonoyan.

"Dağlıq Qarabağ artıq bir Ermənistan torpağıdır, Qarabağ Ermənistandır, nöqtə" - Ermənistan baş naziri Nikol Paşinyan.
"Yeni polis qrupu yaratmışıq, bu polis qrupu Azərbaycana qarşı yeni bir hərəkat başladacaq" - Ermənistan baş naziri Nikol Paşinyan.

Rəsmi ağızlardan üst-üstə bənzər, təhdidkar ifadələrin səsləndirilməsi, diplomatik mənada çox uğursuz bir addım olsa da, öz-özlüyündə çox təhlükəlidir və ciddi qarşılanmalıdır. Əvvəla, dövlət rəsmiləri, ifadələrinin böyük kütlələrə təsirini nəzərə alaraq, sözü "yüz ölçüb, bir biçərək" seçirlər, ya da seçməlidirlər.

Məsəlinin digər tərəfi Ermənistan cəmiyyətinin psixoloji vəziyyəti ilə bağlıdır. Vəziyyəti yaxından müşahidə etmək şansımız olmasa da, görünən odur ki, Ermənistan xalqına, dövlət tərəfindən aparılan propaqanda və dezinformasiyanın böyük təsiri var. İkinci Dünya Müharibəsi dövründə alman faşist propaqandasının lideri Jozef Göbbelsin ifadələri yada düşür:

 

"Yalan nə qədər böyük olarsa, ona inanan o qədər çox olur".

 

Təbii ki, İkinci Dünya Müharibəsinin olduğu dövrlə müqayisədə, günümüzdə informasiyanın yayılma sürəti və doğru məlumatı əldə etmə imkanları daha rahat hala gəldiyi üçün, bu cür yalanların ömrü daha az olur.

Digər bir nüans isə faşistik düşüncə tərzi və ideologiyanın niyə təhlükəli olmasıdır. Faşist Almaniyasının kaputilyasiyasından sonra müttəfiq dövlətlər Almaniya siyasi həyatında faşist ideologiyasının varlığını davam etdirməsinə icazə vermədilər, çünki bu ideologiya qonşuluq münasibətlərini, eyni hüquqlarla insanların bir arada yaşamasını imkansız hala gətirirdi. Qlobal götürdüyümüzdə isə humanizm, insan həyatının hər şeydən vacib olduğu düşüncəsinə böyük zərbə idi.

 

Ermənistan siyasi iqtidarının da, erməni millətinin üstünlüyünə dair xəstə propaqandası da, erməni ictimaiyyətində rəğbətlə qarşılansa da, dünya ictimaiyyəti gözündə simpatiya ilə qarşılanmadı.


Bundan sonra, erməni xalqı ilə qonşuluq münasibətlərinin önünün açıldığı dönəmdə belə, qatı erməni milliyyətçiliyi, irqçilik və faşist düşüncələrin səsləndirilməsi mövzusuna xüsusi diqqət göstərilməli və bunun qarşısı bəri başdan alınmalıdır.

 

Azər Bağırov

Psixiatr, uzman həkim

 

Mənbə: lent.az