Türk Şurasının Baş katibi: “İslamla terrorizm arasında paralellər aparmaq xəstə düşüncənin məhsuludur”

Türk Şurasının Baş katibi: “İslamla terrorizm arasında paralellər aparmaq xəstə düşüncənin məhsuludur”

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Fransada dövlət binalarında Məhəmməd peyğəmbərin karikaturalarının nümayiş olunmasından dərin narahatlığını ifadə edib.

APA-nın Türk Şurasının saytına istinadən verdiyi xəbərə görə, Baş katib yaydığı bəyanatda bildirib ki, bu addım və bəzi fransalı siyasətçilərin ifadə azadlığı altında dedikləri müsəlman dünyası ilə Fransa arasında üzərində körpü qurulmayacaq uçurum yaradır.

Baş katib islam dini ilə terrorizm arasında paralellər aparmağı xəstə düşüncənin məhsulu adlandırıb.

O qeyd edib ki, Fransada birlikdə yaşamaq mədəniyyətinin daha da inkişafı üçün bu cür təxribatçı davranışlar dayandırılmalıdır: “Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, tarix boyu türk dilli ölkələr zəngin multikulturalizmin və dinc birgə yaşayışın vətəni olub. Bu ölkələrdə müxtəlif dinlərin nümayəndələri və etnik azlıqlar cəmiyyətdə sülh və əmin-amanlıq içində yaşadıqların ölkələrdə hər sahədə fəal olublar”.

Mənbə: apa.az