Tramp təkrar seçilsə, kimlər vəzifəsi ilə vidalaşacaq?

Tramp təkrar seçilsə, kimlər vəzifəsi ilə vidalaşacaq?

ABŞ-da 3 noyabrda keçiriləcək prezident seçkilərində Donald Tramp qalib gələrsə, ölkə rəhbərliyində yer alan 3 nəfər vəzifəsi ilə vidalaşası olacaq.

Cebhe.info-nun xəbərinə görə, bu iddia ABŞ mətbuatında yer alıb.

İddialara görə, hazırkı prezident yenidən seçilərsə, Federal Təhqiqatlar Bürosunun direktoru Kris Vray, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Gina Haspel və Müdafiə naziri Mark Esper istefaya göndəriləcək.

İddialarda istefaya göndəriləcək vəzifəlilərin təkcə bu üç nəfərlə yekunlaşmayacağı bildirilir. Mənbələr Trampın işdən çıxarmağa hazırlaşdığı şəxslərin siyahısının kifayət qədər uzun olduğunu bildiriblər. Prezidentin Təhsil naziri Betsi Devos və Ədliyyə naziri Bill Barrdan da mütəmadi şikayət etdiyi qeyd olunur.

 

Mənbə: cebhe.info