Erməni terrorizmi: - İdeologiyanın qanlı izləri

Erməni terrorizmi: - İdeologiyanın qanlı izləri

“Erməni terrorizmi” beynəlxalq müstəvidə milli kimliyi, siyasi və sosial səviyyədə sosial repressiyaları ifadə etmək üçün istifadə olunan elmi termindir. "Erməni terrorizmi" ifadəsi ilk dəfə ABŞ Dövlət Departamentinin 1982-ci ilin avqust ayında çıxan aylıq bülletendə istifadə edilib. Konsepsiyanın ortaya çıxmasının əsas səbəbi, erməni millətçi fraksiyasının ultra-millətçi ideyalar əsasında qurduğu partiyaların hədəflərinə çatmaq üçün terrorizmi siyasətlərinə daxil etmələri və sonradan dünyada baş verən müxtəlif terror hadisələrinə səbəb olmasıdır.

Xınçak Partiyası tarixdə ilk erməni terror təşkilatı kimi tanınır. Partiyanın 1888-ci ildə nəşr olunan manifestində terrorizmin qarşıya qoyulan hədəflərinə çatmaqda önəmli vasitə olduğunu vurğulanır. Partiyanın üzvləri, fəaliyyətlərinin meyarlarını hazırlamaq üçün Kommunistlərlə əməkdaşlıq edirlər. 1903-cü ildə bu partiya hədəflərinə çatmaqda ciddi maneə hesab etdikləri çar Rusiyasının Qafqaz valisi Qolitsının öldürülməsində iştirak edir.

1890-cı ildə ermənilər tərəfindən daha bir terror təşkilatı yaradıldı. Tiflis şəhərində yaradılan təşkilat Daşnaksütyun partiyası kimi tanınır. Bildiyiniz kimi, partiya üzvləri 1896-cı ildə Osmanlı Bankına hücum etdilər. 1905-ci ildə Osmanlı Sultanı II Əbdülhəmidin həyatına sui-qəsd etdilər. Daşnaksütyun partiyasının yarandığı gündən əsas prinsip kimi qəbul etdiyi terrorun miqyası bununla məhdudlaşmır. Eyni zamanda, Xınçak partiyasının üzvləri 20-ci əsrin əvvəllərində Anadoluda, Qafqazda və Güney Azərbaycanda yüzlərlə kəndə od vuraraq yandırdılar, bölgədəki günahsız insanlara qarşı soyğun və talançılıqla yanaşı, soyqırım həyata keçirmişlər.

Mülki vətəndaşlara qarşı cinayətlər kiçik terrorçu qruplar tərəfindən törədilmişdi və bu fəaliyyətlərin taktikası partiyanın qərargahında hazırlanmışdı. Bu terror qrupları müntəzəm olaraq müsəlman və yəhudi kəndlərinə basqın edir, dini zəmində və etnik mənsubiyyətinə görə soyqırımı həyata keçirir, yerli sakinləri, uşaqları, yaşlıları, xəstələri və evsiz-eşiksiz insanları öldürürdü. Basqın etdikləri kəndlərdə əsasən kürdlər, türklər, ləzgilər və azərbaycanlılar yaşayırdı. Amerika Birləşmiş Ştatlarında işləyən və türkologiya ilə bağlı araşdırma aparan tarixçi Tadeuş Svetoxovskinin dediyinə görə, Daşnaksütyun partiyasının üzvlərindən ibarət terror qrupları 1905-1906-cı illərdə 158 azərbaycanlı kəndində əhalinin məhv edilməsini həyata keçirmişdir. Eyni zamanda Şuşa şəhərindəki 11 ipək emalatxanasına hücum edilmiş və məhv edilmişdi. Erməni tarixçi S.Zavaryan Zəngəzur (Sisian) bölgəsinin 43 kəndində azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyini iddia edir. 1905-ci ildə Daşnaksütyun partiyasına müsbət münasibəti ilə tanınan Bakı valisi Nakaşidzeni də öldürdülər. 1915-ci ildə Xınçak və Daşnak partiyalarının üzvləri Anadoludakı türk-kürd müsəlman kəndlərinə basqın etdilər. Bu terror aktları zamanı ermənilər nə qocalara, nə də uşaqlara rəhm etmədən soyqırım həyata keçirirdilər. Stanford tarixçisi Cey Şouya görə, 1916-cı ildə Ərzincan vilayətində ermənilər əhalini tamamilə məhv edərək silahsız insanları öldürdülər. 1918-ci ildə Bakıda Kommunist Partiyasının güclənməsindən istifadə edərək "dənizdən dənizə sərhədlər ideyasına əsaslanan Böyük Ermənistan" dövləti yaratmağa çalışan ermənilər həm Azərbaycanın paytaxtı Bakıda, həm də digər böyük şəhərlərdə terror hücumları həyata keçirməyə başladılar. Bu hücumlar tarixdə mart soyqırımı və Urmiya soyqırımı olaraq tanınır. Mart soyqırımı zamanı 12.000 nəfər öldürüldü, 10.000 nəfər əsir götürüldü və ya itkin düşdü.

Ermənistanın baş naziri Kaçaznuni, 1918-1920 ilə bağlı xatirələrində, "Ararat dövləti"nin soyqırımın həyata keçirilməsində iştirak etdiyini də vurğulayır.

Eyni zamanda, mart soyqırımı təşkilatçılarından olan Stepan Şaumyanın oğlu Bakının Mərkəzi-Xəzər diktatorluğunun başçısı Suren Şaumyanın Bakıdakı qətliamın ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirildiyini vurğulayır. Bu soyqırımı zamanı erməni daşnakları Azərbaycanın Quba vilayətində dinc əhalini qətlə yetirdilər, öldürülənlərin əksəriyyəti yəhudilər idi. Eyni zamanda, 2007-ci ildə aparılan tədqiqat işləri Qubada Erməni Soyqırımı nəticəsində kütləvi məzarlığın olduğu aşkar edildi. Bu kütləvi qəbiristanlıqda bəzi cəsədlər dörd hissəyə bölünmüş şəkildə və 35 uşaq bütöv halda basdırılmışdı. Eyni şəkildə, 1917-ci ildə Urmiya şəhərində də erməni soyqırımı həyata keçirildi və yalnız 1917-1918-ci illərdə 190 mindən çox müsəlman öldürüldü.

Erməni terror qrupları, azərbaycanlılara qarşı soyqırımı törətdikləri zaman erməni tacirlərindən və ya yerli sakinlərdən partiyalarına pul toplayırdılar. Ödəniş etmək istəməyənlər şantaj edilirdi. Bu günə qədər dünyanın müxtəlif yerlərində yaşayan ermənilər mütəmadi olaraq yardımlar göstərirlər, o cümlədən erməni terrorçu fəaliyyətinə dəstək məqsədli yardımlar edirlər. Eyni dəstək Azərbaycan ərazisində törədilən terror aktlarına görə məsuliyyət daşıyanlara da göstərilir. Xüsusilə, sosial şəbəkələrdə kifayət qədər izləyicisi olan Kim Kardaşyanın rəhbərliyi altında və erməni diasporu vasitəsi ilə yalnız ermənilərdən deyil, onların təbliğatı ilə aldadılan digər şəxslərdən də yardım toplanır. Ermənilər yaşlılara qarşı soyqırımı fəaliyyətlərini dünyanın müxtəlif ölkələrində yaşayan və “yardım” adı altında, yalan məlumatlarla müəyyən fəaliyyətlərə cəlb olunanların pulu ilə davam etdirirlər.

İyirminci əsrin ikinci dövründə erməni terrorizminin əsas xarakteri və fəaliyyət planı dəyişməyə başladı. Məşhur terror təşkilatı ASALA da daxil olmaqla 16-dan çox terror təşkilatı 1972-2001-ci illər arasında Avstriya, Livan, Rusiya, ABŞ və İsveçdə fəaliyyətə başladı. Bu terror təşkilatlarının üzvləri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərirdi. Onların terror fəaliyyətləri birtərəfli deyildi. Məsələn, 20 yanvar 1975-ci ildə Beyrutdakı Dünya kilsələri şurasının bürosunda bomba partladı. 13 Avqust 1974-cü ildə Fransanın Lion qatar stansiyasına bomba ilə hücumu edildi. 11 fevral 1987-ci ildə Fransanın Beyrutdakı səfirliyinə basqın etdilər. Eyni zamanda, 1983-cü ildə terror qrupları İngiltərənin Fransadakı səfirliyinə basqın etdi. Erməni terrorçuları tərəfindən 15 iyun 1983-cü ildə Londonda yerləşdirilən partlayıcı qurğular aşkar edilərək məhv edildi. Həmin gün terrorçular Fransanın Orli hava limanına hücum təşkil etdilər. Bu terror təşkilatının bütün fəaliyyəti dövründə çox sayda türk diplomatı, səfirlik işçisi ASALA hücumlarından əziyyət çəkib və ölüb.

1990-cı ildə Qarabağ müharibəsi zamanı eyni terror qrupları Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı soyqırımı həyata keçirdi. Həmçinin, Dağlıq Qarabağ müharibəsinin ən ağrılı səhifəsi olan "Xocalı soyqırımı" həyata keçirildi. Bu, yalnız iki tərəf arasındakı münaqişə və müharibə deyil, bəşəriyyət tarixində özlərini "millət" olaraq müəyyən etmiş "ermənilərin" düşüncə və zehniyyətinin qanla qidalandığının sübutudur. Fəaliyyətlərinin xüsusiyyəti, günahsız insanların məhv edilməsinə, müxalifləri qorxutmaq üsulu olaraq həssas və zəiflərə - yaşlılara, hamilə qadınlara və azyaşlı uşaqlara qarşı məqsədyönlü şəkildə qətliyamların həyata keçirilməsinə yönəlib. Xocalı soyqırımı zamanı 613 nəfər ölüb. Bunlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocadır. Erməni millətçiliyinin bəşəriyyətə qarşı kor-koranə təcavüzə və uydurma məqsədlərə söykənən bu amansız terror hadisələri nəticəsində 10.000 nəfər yaralanıb, öldürülüb, şikəst edilüb, əziyyət çəkib və doğma yaşayış yerlərindən qovulub...

Erməni terrorizmi, gerçəkliklə heç bir əlaqəsi olmayan nəzəriyyələr nəticəsində mövcud olmaqla və siyasi oyunlarda bu fikirləri ört-basdır etməklə Qafqazda davam edir. 27 sentyabr 2020-ci ildə erməni əsgərlər Azərbaycanın nəzarətində olan Füzuli və Cəbrayıl kəndlərinə atəş açdılar. Müharibənin ilk günündən təqribən 70 mülki şəxs ölüb və 300-dən çox mülki şəxs yaralanıb. Beləliklə, Ermənistan dövləti Azərbaycana qarşı terror fəaliyyətlərini davam etdirir.

Ermənilər Azərbaycanın Füzuli, Ağdam, Tərtər, Daşkəsən, Ağcabədi, Göygöl, Bərdə, Beyləqan şəhərlərinə, keçid məntəqələrinə, qəsəbə və kəndlərinə irimiqyaslı silah və raketlərlə hücum edirlər. Nəticədə silahsız mülki şəxslər ölür. 11 oktyabr 2020-ci il tarixində gecə saat 2-də Gəncə şəhəri üzərində Elbrus raket sistemindən (SCAD) həyata keçirilən hücum nəticəsində iki uşaq daxil olmaqla 11 nəfər ölüb və 50-ə qədər mülki şəxs müxtəlif dərəcədə yaralanıb. 17 oktyabr 2020-ci il tarixdə Gəncə şəhərində ikinci dəfə eyni terror aktını törədən Ermənistan bu dəfə 15 nəfərin ölümünə, 54 nəfərin yaralanmasına səbəb oldu, ölənlərdən 3-nün uşaq olduğu bildirildi. Yaralananların və öldürülənlərin əksəriyyəti qadınlar və uşaqlardır. Onu da qeyd edək ki, Gəncə Ermənistan-Azərbaycan sərhədindən 100 km məsafədə yerləşən bir şəhərdir. Şübhəsiz ki, müharibə zonasından uzaq bir şəhərdə yaşayan mülki şəxslərə edilən bu hücum terror aktı kimi qəbul edilir. Ermənistanın mülki əhaliyə qarşı törətdiyi bu terror aktları dünyada və beynəlxalq səviyyədə yayımlanan mediada ciddi reaksiya doğurdu. Xarici mətbuat bu barədə məlumatlar yayımlayır.

“Erməni terroru” bəşəriyyəti tarixdə yaddaşlarda qalacaq ağrı və kədəri yaşatdığı kimi, bu gün də vəhşiliyini ətrafına yayır. Erməni xalqı qonşuları ilə barışıq və qardaşlıq içində yaşayıb şeytani əməllərini yenidən götür-qoy etməyincə, öz şüuraltısında təmiz hisslərlə əvəz etməyincə, bəşəriyyət gələcəkdə də onların əməllərini kədər, ağrı və nifrətlə xatırlayacaq. Qabusnamədə deyilir: “Ermənilərin çatışmazlığı oğru, xəsis, etibarsız, məsuliyyətsiz, həddini bilməyənmə, vəfasız, riyakar, ağızları söyüşlü, səmimiyyətsi olmaqlarıdır”. Bir insan və bir millət üçün bunlardan utancverici nə ola bilər ...

Müəllif: Dr. Raqif Hüseynov, Xəzər Təhsil Mərkəzinin təsisçisi, Azərbaycan

 

 

Mənbə: ednews.net