"O özünü sadə jurnalist kimi yox, əsl prokuror ədası ilə aparırdı"

"O özünü sadə jurnalist kimi yox, əsl prokuror ədası ilə aparırdı"

Prezidentin “Fox News” televiziya kanalına müsahibəsini bu günlərdə yəqin ki, hamınız izləmisiniz.

Öncədən qeyd edim ki, bu çox mükəmməl müsahibə idi. Suallar hər nə qədər açıq hücum xarakterli,

ikibaşlı və bəzən də təxribatçı suallar idisə də, cavablar ondan da tutarlı, məntiqli və dolğun idi. Prezident

digər müsahibə və müraciətlərində olduğu kimi bu müsahibəsində də beynəlxalq təşkilatların,

vasitəçilərin yürüdüyü ikibaşlı siyasəti, “ikili standart”ları ifşa etdi və eləcə də ermənilərin işğalçı

mahiyyətinini bir daha bütün dünyaya açıb göstərdi. Bu baxımdan, sözügedən müsahibədə cənab

Prezidentin səsləndirdiyi bəzi fikirləri ayrıca şərh etməlk istəyirəm.

Əvvəla onu qeyd edim ki, Fox News-un məlum müsahibəsində Prezidentə verilən sualların tonu və

məzmunu düzgün seçilməmişdi. Sualların əksəriyyəti açıq-aşkar qərəzli və birtərəfli suallar idi. Çünki

həmin suallar məhz işğalçı ermənilərin mövqeyinii ifadə edən, bizim həqiqətlərimizi isə eşitmək

istəməyən bir jurnalistin sualları idi. O özünü sadə jurnalist kimi yox, əsl prokuror ədası ilə aparırdı. Bunu cənab Prezident də dünən (oktyabrın 26-da) xalqa müraciətində ayrıca qeyd etdi. Dövlət başçımız

mediaya açıq olduğuna görə ona müraciət edən, müsahibə götürmək istəyən xarici jurnalistlərə “yox”

demir, onları səmimi qarşılayır və bütün suallarını səbr və təmkinlə cavablandırır. Lakin bu jurnalistlərin

bir çoxunun suallarında açıq-aşkar erməni tərəfkeşliyi və təəssübkeşliyi hiss olunur. Beləliklə, hazırda

İlham Əliyev təkcə Ali Baş Komandan kimi işğalçı Ermənistana qarşı yox, həm də işğalçı ölkənin

maraqlarına xidmət edən ermənipərəst dünya mediasına qarşı mübarizə aparır. İnformasiya müharibəsi

də real müharibənin əsas istiqamətlərindən biridir. Prezident eyni vaxtda iki cəbhədə mübarizə aparmalı

olsa da, amma etiraf edək ki, o bu vəzifənin öhdəsindən uğurla gəlir.

Fox News-a müsahibəsində Prezident birmənalı olaraq bildirdi ki, son müharibə Azərbaycanın günahı

üzündən başlamayıb. 27 sentyabrda müharibəni Azərbaycan yox, Ermənistan başlayıb. Azərbaycan isə

sadəcə əks-hücum əməliyyatı aparır, özünü müdafiə edir, torpaqlarını işğaldan azad edir, təhlükəsizliyini

təmin etməyə çalışır. Və buna da tam haqqı çatır. Çünki Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər

bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Azərbaycanın da hal-hazırda etdiyi odur ki, özünü

müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Bundan artıq heç

bir şey etmir.

Dövlət başçımız müsahibəsində atəşkəsin kimin tərəfindən pozulması məsələsinə aydınlıq gətirdi. O

bildirdi ki, qarşı tərəfin Azərbaycanı atəşkəsi pozmaqda ittiham etməsi tamamilə absurddur, çünki

Azərbaycanın atəşkəsi pozması barədə heç bir sübut, fakt yoxdur. Hər kəs görür ki, atəşkəsi pozan tərəf

Ermənistandır və Ermənistan bunda maraqlıdır. Azərbaycan isə sadəcə atəşkəs və torpaqlarının

qaytarılmasını istəyir. Bununçün isə Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ,

Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik

götürməlidir. Lakin Ermənistan bundan boyun qaçırır. Həmsədrlər buyursunlar, Ermənistanı buna

məcbur etsinlər.

Prezident İlham Əliyev Ermənistandan fərqli olaraq Azərbaycanın mülki şəxslərə və obyektlərə hücum

etmədiyini də xüsusi olaraq vurğuladı. Eləcə də Azərbaycan tərəfində muzdluların döyüşmədiyini də

qətiyyətlə bildirdi. İlham Əliyev qeyd etdi ki, bu iddia dezinformasiyadır və Rusiya, Fransa kimi ölkələr

belə məsuliyyətsiz bəyanatlar verdilər. Lakin bunu təsdiq edən hər hansı sübutlar, dəlillər isə yoxdur.

İndiyədək nə Rusiya, nə də Fransa tərəfindən heç bir dəlil və ya sübut təqdim olunmayıb. Əksinə,

Ermənistanin özünün terrorçuların və muzdluların ümidinə qalması faktı göz qabağındadır. Azərbaycanın isə muzdlulara, terorçulara ehtiyacı yoxdur.

Ölkəmizin başçısı sözügedən müsahibəsində ABŞ-ın vasitəçiliyi və Donald Trampın münaqişənin həlli

istiqamətində göstərdiyi fəaliyyəti barədə ətraflı danışdı. O bildirdi ki, Azərbaycan ABŞ-ın vasitəçiliyini

tam dəstəkləyir və Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam

uyğundur: “Bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Görürük ki, ABŞ-ın mövqeyi

balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir”.

Prezident digər həmsədrlərin də tərəf tutmamalı olduğunu bildirdi. Ancaq təəssüf ki, bu belə deyil. Artıq

30 gündür davam edən bu son savaşda Fransa özünün həmsədrlik mövqeyini unudaraq birmənalı şəkildə Ermənistana havadarlıq edir. Rusiya isə ikibaşlı siyasət yürüdür. Lakin Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və biz həqiqətən də dostuq. Ona görə də burada sülhün bərqərar olması Amerika Birləşmiş Ştatlarının marağındadır. Bu baxımdan ümid edirik ki, digər həmsədrlərdən fərqli olaraq ABŞ ədalətli mövqe sərgiləyəcək, işğalçı ölkənin təəssübkeşliyini etməyəcək.

Prezidentin həmsədr ölkələrin tutduğu mövqe barədə bu cür həssaslıqla danışması səbəbsiz deyil. Çünki

münaqişənin həllinin bu qədər uzanmasının əsas məsuliyyəti Ermənistanla bərabər ilk növbədə məhz

həmsədr ölkələrin üzərinə düşür. Minsk Qrupunun həmsədrləri son 27-28 il ərzində münaqişənin

çözülməsinə yox, dondurulmasına, status-kvo vəziyyətinin qorunub-saxlanmasına çalışıblar. Onlar

Ermənistanın get-gedə azğınlaşmasına və bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozmasına göz yumublar. Bəzi həmsədr ölkələr isə ikibaşlı siyasət yürüdərək hətta Ermənistanı gizli və ya açıq şəkildə silahlandırıblar. Odur ki, bu gün bölgədə vəziyyətin belə bir kritik nöqtəyə gəlib çatmasında həmsədrlər də günahkardır. Prezident də bu kimi məqamları həm müsahibələrində, həm də xalqa müraciətində ona görə açıq-açığına dilə gətirir ki, qoy vətəndaşlarımız real vəziyyətin necə mürəkkəb olduğunu öz gözləri ilə görsünlər. Bu eyni zamanda həm də həmsədr ölkələrin özlərinə də bir ismarıcdır ki, Azərbaycan xalqı, ölkə rəhbərliyi həmsədrlərin diplomatik-siyasi fəaliyyətlərinin bütün yaxşı-pis cəhətlərini görür və bilir. Həmsədrlər bundan düzgün nəticə çıxarmalıdırlar.

Əlisahib Hüseynov –

Milli Həmrəylik Partiyasının (MHP) sədri

 

 

Mənbə: moderator.az