Ermənilərin ərazi iddiaları: Saxtakarlıq və tarixi həqiqətlər – AÇIQLAMA

Ermənilərin ərazi iddiaları: Saxtakarlıq və tarixi həqiqətlər – AÇIQLAMA

İşğalçı Ermənistan tarixin bütün dövrlərində işğalçılıq siyasəti yürüdüb.

Bunu tarix də sübut edir. Hələ 200 il öncə Azərbaycan ərazilərinə köçürülərək yaşamaq haqqı qazanan ermənilər ötən əsrin 80-ci illərinin sonundan torpaqlarımız işğal etməyə, azərbaycanlıları qətlə yetirməyə başladı. Məhz onun nəticəsidir ki, bu gün Ermənistan Azərbaycan qarşısında cavab verir. Lakin məsələ bununla da bitmir. Çünki ermənilər yalnız bir dövlətin ərazisini işğal etməklə yetinmirlər.

Onlar yaşadıqları coğrafiyada qonşu olan bütün dövlətlərə qarşı ərazi iddiasındadırlar.

Ermənistanın yaydığı qurama xəritəsində əks olunan “Böyük Ermənistan” xülyası, Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Suriya ərazilərininin böyük hissəsini əhatə edir. Amma nədənsə İran bu reallığa göz yumub, işğalçını dəstəkləməyə çalışır. Ermənistan (Armeniya) adını da oğurluq yollarla özlərinə dövlət adı edən “Hay”ların “dənizdən- dənizə” ideyasını əks etdirən xəritədə nədənsə Qara dənizdən başladığı göstərilən Ermənistanın Xəzər dənizə çıxışı görünmür.

Tarixçi Kərəm Məmmədli Cebhe.info-ya açıqlamasında bu məsələyə aydınlıq gətirib:

“Ermənilərin yaydığı xəritə yalandan başqa bir şey deyil. Bu onların xülyalarıdır. Əvvəla “hay”la “Armeniya başqa-başqa anlayışlardı. Ermənilər özlərini hay adlandırır və onların “Armen” deyilən tayfa ilə heç bir bağlılığı yoxdur. Digər tərəfdən “Armeniya” sözünün mənası yuxarı ölkə, dağlıq ölkə deməkdir. Əgər söhbət dağlıq ölkədən gedirsə, bugünkü Anadolu dağları, dağları da o əraziyə düşür. Yəni ermənilər haranı dağ görürlərsə, oranı Armeniya adlandırırlar. İkincisi də onlar qədim Armeniya dövlətindən söhbət edirlər. Lakin onun bu haylarla heç bir əlaqəsi yoxdur. Həmin Armeniyanı Parfiyanın Arşakilər sülaləsinin bir qolu yaradıb. Haylarla armenlərin fərqini tarixçi Moisey Xorenskinin fikirlərində də görmək olar.

O, Armenləri tərifləyir, hayları pisləyir. Deməli haylarla armenlərin arasında fərq var. Bundan başqa həmin tarixçi “Böyük Ermənistan” deyəndə 3 sututarının ortasını nəzərdə tuturmuş. Hay dilində dəniz, okean, göl və s. kimi ifadələr yoxdur. Onlar bu anlayışların hamısına su çökəyi deyiblər. Çünki belə bir şeyi görməyiblər. Onların yaşadıqları ərazidə belə bir şey olmayıb. Ona görə də onlar “Böyük Ermənistan” deyəndə gülünc səslənir. “Böyük Ermənistan”dan danışarkən Moisy Xorenski deyir ki, ölkənin bir tərəfindən digərlinə olan məsafə atla 3 günlük yoldur. Bu məsafə heç 3 gölün - Van, Göyçə və Urmiyanın arası etmir. Həmin əraziləri Parfiyanın Arşakilər sülaləsi qısa bir müddətdə işğal etdi. Bunlar “Böyük Ermənistan”- deyə oranı fikirləşirlər. Sonradan ermənilər bu 3 gölü, 3 dəniz anlayışı ilə əvəzlədilər. Ola bilər ki, sabah durub 3 okean da desinlər. Çünki ermənilər üçün bunlar hamısı eyni şeydi. Bu ermənilərin xəstə təxəyyülünün məhsuludur. Yenə deyirəm, həmin 3 gölün ərazilərini də Parfiyalılar işğal nəticəsində tutmuşdular və özlərinin olmayan əraziləri romalılara vəd edirdilər. Necə ki, bu gün ermənilər rusları Azərbaycanın olan Dağlıq Qarabağda sülhməramlı yerləşdirməyə dəvət edirlər. Armeniyanın haylarla heç bir əlaqəsi yoxdur. Armeniya toponomik məhfumdur. Yəni işğalçılıq ermənilərin xislətindədir”.

 

Mənbə: cebhe.info