"Qarabağ Azərbaycandır, Qarabağ Türkdür" - Dövlət Baxçalı

"Qarabağ Azərbaycandır, Qarabağ Türkdür" - Dövlət Baxçalı

“İşğalçı Ermənistan haqsızdır, hüquqsuzdur, terrorçudur”.

Lent.az xəbər verir ki, bu sözləri Türkiyə Milliyət Xalq Partiyasının sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinin bugünki iclasında deyib.

O bildirib ki, Azərbaycan Ordusu Qarabağda qəhrəmancasına irəliləyir:

“İşğal edilən Vətən torpaqları bir-bir geri qaytarılır. Ən son Qubadlı şəhər mərkəzi azadlığına qovuşub. Füzuli, Cəbrayıl, Ağoğlan (Hadrut), Zəngilan və Kəlbəcər rayonlarının bir hissəsi işğaldan azad edilib. 4 şəhər mərkəzində 3 qəsəbədə, 160-dan çox kənddə və bir çox yüksəkliklərdə işğala son qoyulub. Qarabağ Azərbaycandır, Qarabağ Türkdür. Ermənistan isə haqsızdır, hüquqsuzdur və terrorçudur”.

Mənbə: lent.az