"Bu gün KTMT-yə müraciət etməyimizə ehtiyac yoxdur" - Ermənistan parlamentinin vitse-spikeri

"Bu gün KTMT-yə müraciət etməyimizə ehtiyac yoxdur" - Ermənistan parlamentinin vitse-spikeri

"Bu gün bizi bütün üsularla dəstəkıyən tək bir tərəfdaşımız var, bu da Rusiyadır".

Eurasia Diary erməni KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın Milli Məclisinin vitse-spikeri Alen Simonyan söyləyib.

Simonyan Rusiya ilə birgə Fransa və ABŞ-ın da yardımçı olduğunu qeyd edib. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müarciətin olunub olunmaması ilə bağlı suala da cavab verib.

"“KTMT-dəki qərarlar konsensus məntiqində qəbul edilir. Şübhə yeri qalmayan və inkaredilməz faktları görsək, bunu edəcəyik ... Mütləq müsbət cavab alacağımız zaman bu addımı atacağıq".

"Bu gün KTMT-yə müraciət etməyimizə ehtiyac yoxdur, ancaq Ermənistan sərhədləri üçün təhlükə yarandığı təqdirdə müttəfiqlərimizin vəziyyətin çox da dərinləşməsinə imkan verməyəcəyinə sizi inandırıram".

Mənbə: ednews.net