Rusiya müsəlmanları Makronun təhqirlərinə cavab verdi

Rusiya müsəlmanları Makronun təhqirlərinə cavab verdi

Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muxətdinov "Exo Moskvı" radiostansiyasına verdiyi müsahibədə Fransa prezidenti Emmanuel Makronun Məhəmməd peyğəmbərə çəkilmiş karikaturalar barədə dediklərini şərh edib.

Avropa.info xəbər verir ki, Fransa lideri daha əvvəl ölkədə belə təsvirlərin nəşrindən imtina etməyəcəyini, lakin dini separatizmə qarşı mübarizəni gücləndirəcəyini bildirmişdi.

Muxətdinov Fransa hakimiyyətinin demokratiyanın dəyərləri uğrunda mübarizədə ikili standartlara malik olduğunu deyib:

"Nədənsə Fransa cəmiyyəti qaraların hüquqları uğrunda mübarizə aparır, qadınların, LGBT icmasının və digər azlıqların mövqeyi uğrunda mübarizə aparır. Ancaq nədənsə, bütün dünyada yaşayan bir neçə milyard insan təhqir edildikdə, bu təhqir sayılmır" - Muxətdinov bildirib.

O, Makronun açıqlamasını Fransa əhalisinin diqqətini "sarı jiletlilər"in tətilindən İslam dininə və müsəlmanlara yönəltmək cəhdi adlandırıb.

"Makron müsəlmanların ekstremist, terrorçu olduğunu düşünürsə mənim fikrimcə, bu cür ümumiləşdirmə bir prezidentə layiq sözlər deyil. Çünki bu şəkildə əhalinin hər bir qrupunu, hər hansı bir milləti, dünyanın hər yerində bu və ya digər dövlətçiliyi məhv edən, dinc vətəndaşları öldürən hər hansı bir ölkəni qınamaq olar" - Muxətdinov deyib.

Mənbə: avropa.info