XİN Pakistana başsağlığı verdi: "Xəbər bizi çox kədərləndirib"

XİN Pakistana başsağlığı verdi: "Xəbər bizi çox kədərləndirib"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

Mia.az-ın məlumatına görə, XİN-in "Twitter" səhifəsində bildirib ki, Pakistanın Pişəvər əyalətində mədrəsəyə təşkil edilən terror hücumu, uşaqlar da daxil olmaqla günahsız insanların öldürülməsi və yaralanması xəbəri bizi çox kədərləndirib: "Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik.

Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyir".

Mənbə: www.mia.az