Lukaşenko: “Etiraz aksiyalarına qatılan tələbələr qovulsun!”

Lukaşenko: “Etiraz aksiyalarına qatılan tələbələr qovulsun!”

Belarus Prezidenti Aleksandr Lukaşenko etiraz aksiyalarında iştirak edən tələbələrin universitetlərdən qovulmasına çağırıb.

KONKRET.az xəbər verir ki, bunu bu gün altıncı Ümumbelarus Xalq Məclisinin hazırlanması ilə bağlı iclasda bəyan edib.

“Tələbələr, oxumağa gəliblər? Kim oxumaq istəyirsə, qoy oxusun. İcazəsiz aksiyalara görə qanunu pozanlar tələbə olmaq hüququnu itirir. Xahiş edirəm, dediyim kimi onların bir hissəsini ya orduya ya da küçəyə göndərin. Küçədə gəzsinlər, amma universitetdən qovulmalıdırlar” deyib Lukaşenko.

Eyni fikri o, universitet müəllimləri üçün də deyib.

Bu ərəfədə Belarusun bir neçə şəhərində müntəzəm etiraz aksiyaları keçirilib. Çox sayda tələbə və təqaüdçü küçələrə tökülüb.

 

Mənbə: konkret.az