Ovannisyanın müharibə ilə bağlı ŞOK sözləri

Ovannisyanın müharibə ilə bağlı ŞOK sözləri

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan erməni ordusunun cəbhədə göstərdiyi “böyük rəşadət”lə bağlı artıq tam bir aydır ki, danışır.

Ovannisyan müharibə başlayan gündən – 27 sentyabrdan etibarən verdiyi operativ-taktiki məlumatlarla artıq milyonların gözünü təpəsinə çıxarmağı bacarıb.

KONKRET.az Ovannisyanın ermənicə dediklərinin mənasını təqdim edir:

“Cəbhənin cənub istiqamətində qəhrəman erməni əsgərləri çox böyük rəşadət nümayiş etdirərək geri çəkilib”.

“Ermənistan ordusunun düşmənə ağır zərbə endirməsi nəticəsində Qubadlı Azərbaycanın nəzarətinə keçib. Lakin narahat olmağa dəyməz”.

“Azərbaycan hərbçilərini mühasirəyə almağımız nəticəsində bir sıra vacib yüksəkliklər Azərbaycan ordusu tərəfindən işğal edilib”.

“Azərbaycan ordusu döyüşün ilk günündən şimal, şimal-şərq və cənub cəbhəsindən hücum edirdi. Rəşadətli erməni ordusunun zərbələri nəticəsində düşmən o qədər pərən-pərən düşüb ki, indi Azərbaycan ordusu artıq şimal, şimal-şərq, cənub, cənub-qərb, qərb və şimal-qərbdən hücum edir”.

“Azərbaycan ordusunun hərbi resursu tükənib. Bunun nəticəsində o, indiyə qədər görünməmiş qədər hərbi qüvvə və texnika ilə hücuma keçərək Qarabağın hüdudlarına daxil olub”.

“Rəşadətli erməni ordusunun göstərdiyi böyük qəhrəmanlığa görə texnika, ərazi və canlı qüvvə baxımından itkilərimiz var. Orduda ciddi şəkildə əsgər çatışmazlığı yaranıb və biz qalib gələcəyik”.

“Düşmən qüvvələrinin hücumunu dəf edən qəhrəman erməni əsgərləri taktiki manevrlərlə bu gün bir sıra mövqelərdən geri çəkiliblər”.

“Artıq payız gəlir, yağışlar başlayır, daha ayaqyalın savaşmaq olmaz. Ona görə də əsgərlərimizə şəp-şəplər göndərilir (bu yerdə canlı olaraq şəp-şəp geyinmiş əsgəri nümayiş etdirir)”.

“Azərbaycan Ordusu artıq 5-ci rayonunu işğaldan azad etməyə yaxındır. Ancaq narahat olmayın, qorxmayın, kişi olun, vicdanınız olsun, namusunuz olsun, vuruşun, hara qaçırsınız?!”

Mənbə: konkret.az