“Ordumuz son bir ay içində zamanında bir il ərzində itirdiyimizdən çox torpaq azad edib”

“Ordumuz son bir ay içində zamanında bir il ərzində itirdiyimizdən çox torpaq azad edib”

Cümşüd Nuriyev: “İlham Əliyevin dünya miqyaslı siyasi oyunçuya çevrildiyi göz önündədir”

“Ermənipərəst dövlətrinişğalçıya göstərdiyi hərbi yardımlar müharibnənin taleyini dəyişə bilməz”.

Bunu Moderator.az-aaçıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. EkspertAzərbaycanın düşmən qarşısında müqayisəedilməz dərəcədə böyük üstünlüyə malikolduğunu vurğulayıb:

 

“Azərbaycan düşmənləbağlı bütün kəşfiyyat məlumatlarına malikdir. Azərbaycan tərəfi çox gözəl bilirki, hansı ölkələrdən Ermənistana hansı yardımlar gəlib. Prezident çox dəqiqlikləbu barədə danışdı. Bildirdi ki, Ermənistana necə, haradan, hansı silahların gətirildiyibəllidir. Amma elə məsələlər var ki, onları açmağa ehtiyac yoxdur.

 

Cənab prezidentin dünənkiçıxışı bütün xalqın ürəyincə olan, xalqda dərin rəğbət doğurdu. Əgər Ermənistanınyanındakı dövlətlər düşünürlərsə ki, işğalçıya dəstək olmaqla onu qoruya biləcəklər,yanılırlar. Qısa zaman ərzində Qarabağ tamamilə azad olunacaq. Çünki ordumuz o qədər peşəkarlıqla, əzmlə,qeyrətlə vuruşur ki, onun qabağında Ermənistanın davam gətirmsəi mümkün deyil.Onsuz da bizim torpaqları Ermənistan öz gücünə zəbt etməmişdi. Biz iki il ərzindəbu torpaqları itirdik. Amma Azərbaycanordusu bir ay ərzində bizim bir il ərzində itirdiyimizdən çox torpaq azad etdi.Deməli, o zaman baş verənlər xalqımızın günahı deyil. Biz o zaman böyük birimperiya ilə vuruşduq. İnşallah, iki ay başa çatmamış biz o torpaqlarınhamısını geri alacağıq. Bizim ermənilərlə fərqimiz budur. Onların havadarlarının köməyi ilə bir iləgördüyü işi, Azərbaycan bir aya görür. Çünki bizim qeyrətimiz, mənliyimiz,qürurumuz var. Ermənilərdə isə belə şeylər yoxdur. Onlar onun-bunun verdiyi tula paylarına ümidedərək müqavimətlərini davam etdirirlər. Amma onların bu cəhdi nəticə verməyəcək.

 

Mən prezidentin iradəsinigördüm. İlham Əliyev öz iradəsini, əzmini,ağlını ortaya qoyub. Birmənalı şəkildə İlham Əliyev nəinki Qafqaz və MDB məkanının,Ərdoğanla birlikdə bütün türk dünyasının liderinə çevrilib. İlham Əliyev birayın içində dünyanın siyasi oyunçusuna çevrildi. Bu, hər kəsin bacara biləcəyiiş deyil. Deməli, İlham Əliyev son 17 ildə bu anı gözləyirmiş.

 

Azərbaycan prezidenti çoxböyük strateq və diplomatdır. O, xalqa söykənən Ali Baş Komandandır. Xalq onunbir sözü ilə ölümə getməyə hazırdır. Belə bir xalqı, belə bir Ali Baş Komandanıməğlub etmək mümükn deyil”.

 

 

 

 

 

Mənbə: moderator.az