Baş prokurorluğun Ermənistanın hərbi cinayətləri ilə bağlı bir aylıq hesabatı – VİDEO

Baş prokurorluğun Ermənistanın hərbi cinayətləri ilə bağlı bir aylıq hesabatı – VİDEO

Ermənistanın işğalçı siyasəti, terrorçu mahiyyəti və müharibə cinayətləri göz önündədir. Bunu Gəncə, Tərtər, Mingəçevir, Qəbələ və digər döyüş bölgəsindən uzaq rayonlara raketlərin atılması və mülki insanların hədəfə alınması bir daha sübuta yetirdi.

Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Kənan Zeynalov Baku TV-yə Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərin bir aylıq hesabatını verib.

Azərbaycanın dinc əhalisinin raket atəşinə tutulması Ermənistanın barbarlığının və faşizm qaydaları ilə idarə olunmasının ən bariz nümunəsidir. Məhz bu vəhşiliyin nəticəsidir ki, cəbhədə döyüşlər başlayandan onlarla günahsız insan həyatını itirib.

Qeyd edək ki, Ermənistan silahlı birləşmələrinin törətdiyi hərbi cinayətlərə görə, Azərbaycanın Baş Prokurorluğu tərəfindən cinayət işi artıq başlanılıb.

Prokurorluq düşmənin təcavüzkar mahiyyətinin bütün beynəlxalq qurumlara çatdırılması istiqamətində də müəyyən addımlar atıb.

 

 

 

Mənbə: www.oxu.az