Terror ilə üz-üzəyik - Lukaşenko

Terror ilə üz-üzəyik - Lukaşenko

Terror təhdidilə qarşı-qarşıyayıq.

Publika.az xəbər verir ki, bunu Belarusun Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko konstitusiya dəyişikliyi hazırlıqlarının müzakirə ediləcəyi Milli Məclisin 6-cı iclasında ölkədəki siyasi vəziyyətlə bağlı açıqlamalar verib.

O, ölkədəki dəmir yollarına sabotaj cəhdləri edildiyini qeyd edib: “Bu, dəmir yollarında ciddi qəzalara, fəlakətlərə və insan itkisinə yol aça bilər. Bunlar terror əlamətləri olan mütəşəkkil cinayətkar qrupların cəhdləridir. Terror təhdidi ilə üz-üzəyik”.

Qeyd edək ki, Belarusda 9 avqustda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko 80,1% səslə 6-cı dəfə prezident seçilmişdi. Bundan sonra müxalif dəstəkçilər ölkədə kütləvi etiraz aksiyasına başlamışdı. Lukaşenko müxaliflərin qırmızı xətti keçdiyini, yerdə qalan digər qrupların isə daha da radikallaşdığını bildirir.

 

Mənbə: publika.az