Husilər Səudiyyə Ərəbistanı aeroportunu vurdular

Husilər Səudiyyə Ərəbistanı aeroportunu vurdular

Eastnews.org-un verdiyi xəbərə görə, Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının cənubundakı Abha aeroportuna növbəti dəfə pilotsuz uçan aparatlar (PUA) vasitəsi ilə hücum etdikləri bildirilib.

Husilərin mətbuat katibi Yəhya Səri verdiyi açıqlamada Səudiyyə Ərəbistanın Abha aeroportuna səhər "Qasef-2" tipli PUA ilə edilən hücumda əhəmiyyətli bir hədəfi vurduğunu söyləyib.

Yəhya Səri hücum və mühasirənin davam etməsi ilə bu cür hücumların davam edəcəyini bildirib.

 

Mənbə: eastnews.org