Musəvi:"İran Prezidentin xüsusi elçisi Bakıya gəlir"

Musəvi:"İran Prezidentin xüsusi elçisi Bakıya gəlir"

Strateq.az “ISNA”-ya istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi bildirib.

“Seyyid Abbas Əraqçi İran İslam Respublikası Prezidentinin xüsusi elçisi olaraq bu axşam nümayəndə heyətinin rəhbəri kimi Bakıya səfər edəcək”.

Musəvi tvitində yazıb: “İkitərəfli münasibətlərdəki son inkişaflar, bölgədə davam edən münaqişə, İranın münaqişənin həlli təşəbbüsü və digər məsələləri Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə müzakirə edilməsi planlaşdırılır”.

XİN rəhbərinin müavini Əraqçi Azərbaycana gəlməzdən əvvəl Ərdəbil vilayətinin sərhəd bölgələrinə səfər edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də bu gün bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Əraqçinin Bakı, Moskva, İrəvan və Ankaraya səfərləri planlaşdırılır.

 

Mənbə: strateq.az