“Dünya KİV-ləri özlərinin suallarını prezident İlham Əliyevin tezisləri üzərində qururlar”

“Dünya KİV-ləri özlərinin suallarını prezident İlham Əliyevin tezisləri üzərində qururlar”

Müşfiq Ələsgərli: “Buna səbəb dövlət başçımızın çıxışlarının son dərəcə məntiqli və inandırıcı olmasıdır”

Sentyabrın 27-si tarixindən– Vətən Müharibəsinin ilk günündən etibarən Azərbaycan RespublikaısnınPrezidenti İlham Əliyev dünyanın müxtəlif KİV-lərinə çoxsaylı müsahibələr verməkdə,beynəlxalq ictimaiyyəti Azərbaycan həqiqətləri ilə tanış etməkdədir.

Ölkə başçısının ardıcıl şəkildədünya KİV-lərində səsləndirdiyi çıxışlar bəşəriyyətin Qarabağ müharibəsi, Azərbaycangerçəklikləri ilə tanış olması, bu barədə obyektiv şəkildə məlumatlanmasıbaxımından nə dərəcədə əhəmiyyətlidir?

 

Moderator.az-a açıqlamaverən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri,media eksperti Müşfiq Ələsgərli mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Cənab prezidentsentyabrın 27-dən oktyabrın 27-nə qədər təqribən dünyanın 27-dən çox KİV-nə,transmilli KİV-lərinə müsahibə verib. Hansı ki, bu KİV-lər dünyada ictimai rəyiformalaşdıran KİV-lərdir. Onların arasında milli KİV-lər də, BBC, CNN kimidünya KİV-ləri də mövcuddur. Cənab prezidentin bu KİV-lərdə müsahibələri çoxböyük hadisədir.

Ölkə başçısının buncaqısa zamanda bu qədər KİV-ə müsahibəverməsi, Azərbaycan həqiqətlərini dünyaya çatdırması cəbhə xəttində baş verənhadisələr qədər önəmli hadisələrdir.

Bu gün dünyada həm dəinformasiya savaşı gedir. Cənab prezidentin çıxışları informasiya savaşında Azərbaycanınqalibiyyətini birmənalı şəkildə təmin etmiş oldu. Cənab prezident o qədər məntiqli,arqumentli çıxışlar etdi ki, hər kəsi susdura bildi. Biz o müsahibələrə baxandagördük ki, jurnalistlər səslənən arqumentlər qarşısında susmağa məcbur oldu.

 

Cənab prezidentin səsləndirdiyiarqumentlər, həm də öz inandırıcılıq dərəcəsinə, inandırıcılıq keyfiyyətinə görədiqqət çəkir. Buna bir nümunə göstərmək istəyirəm. Təxminən 3-4 gün bundan öncəCNN televiziyasının ən məşhur aparıcısı olan Kristin Amanpurun ErmənistanXarici İşlər naziri Zöhrab Mnatsakanyanla müsahibəsi oldu.

 

Kristin Amanpur ErmənistanınXİN rəhbərinə verdiyi sualların hamısını Azərbaycan prezidentinin tezisləri üzərindəqurmuşdu. Yəni cənab prezidentin müxtəlif KİV-lərdə səsləndirdiyi fikirləri KristinAmanpur konkret suallar şəklində erməni nazirə ünvanladı. O, bu fikirləri boşarqumentlər kimi deyil, bunun həqiqiliyinə inandığını büruzə verərək səsləndirdi.O, Ermənistanın XİN rəhbərini bu arqumentlərlə mat vəziyyətinə salmış oldu.

Bu, bir daha onu göstərirki, cənab prezidentin çıxışları məntiqli, arqumentli, inandırıcıdır və bütündünyada əks-səda doğurur. Cənab prezidentin çıxışları o səviyyədə inandırıcıolub ki, dünya KİV-ləri özlərinin suallarını prezident İlham Əliyevin tezisləriüzərində qururlar”.

Seymur ƏLİYEV

 

 

 

Mənbə: moderator.az