Deputat Bərdə terrorunun 7 yaşlı qurbanından yazdı

Deputat Bərdə terrorunun 7 yaşlı qurbanından yazdı

Millət vəkili Vüqar Bayramov erməni terroru nəticəsində dünyasını dəyişən 7 yaşlı Aysunla bağlı paylaşım edib.

Cebhe.info xəbər verir ki, V.Bayramov paylaşımında ermənilərin mülki əhalini və uşaqları hədəfə almasına diqqət çəkib:

“Aysunun da öz arzuları vardı. Özünün uşaq arzuları və böyüyəndə öz doğma vətəni üçün layiqli övlad olmaq istəyi. Digər 11 Azərbaycanlı uşaqlar kimi erməni cəlladları Aysunun da özünü və arzularını xaincəsinə güllələdi. Bu gün saat 16 radələrində erməni silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndinə atdığı ağır artilleriyadan sonra 7 yaşlı Aysun gözlərini əbədi yumdu. Aysunla birlikdə onun arzuları da dəfn olundu. Aysun bala, əmin ol ki, rəşadətli Azərbaycan ordusu sənin və öz evlərində qəddarcasına hədəfə alınan və dünyasını dəyişən digər uşaqların qisasını alır və alacaq da. Bütöv və azad Azərbaycanda böyüyən digər uşaqlar sənin arzularını yaşadacaq və reallaşdıracaq. Və çox yaxınlarda bizlər sənin məzarını ziyarət edib bu həyatda həsrətlə gözlədiyin Böyük Qələbə xəbərini sənə çatdıracağıq. Yerin cənnətdir, rahat uyu Aysun bala”.

Qeyd edək ki, bu gün Ermənistan Bərdə rayonun Qarayusufli kəndinə reaktiv raketlərlə hücum edib. Hücum nəticəsində 4 nəfər ölüb. Uşaqlar və qadınlar da daxil olmaqla 10 nəfər ağır yaralanıb.

Mənbə: cebhe.info