"Bu düşük məğlubiyyətini qəbul etmək və ordusunu Qarabağdan çıxarmaq əvəzinə Azərbaycanı hədələyir"

"Bu düşük məğlubiyyətini qəbul etmək və ordusunu Qarabağdan çıxarmaq əvəzinə Azərbaycanı hədələyir"

Prezidentimiz İlham Əliyevin dünənki möhtəşəm çıxışından sonra Ermənistanın baş naziri Paşinyanın bu günə elan olunmuş müraciətini erməni əhali dördgözlə gözləyirdilər. Çıxışdan öncə müxtəlif yorumlar vardı ki, Paşinyan önəmli açıqlama verməlidir. Belə düşünənlər vardı ki, o qondarma qurumu tanıyacaqlarını açıqlayacaq. Bəziləri isə məğlubiyyətini etiraf edib postundan istefa verəcəyini düşünürdülər.

Bunların heç biri olmadı. O xalqı təhlükədə olduğuna və qələbə çalacaqlarına inandırmağa çalışdı. Səviyyəsizliyini bir daha ortaya qoymuş oldu. Ermənistan hakimiyyəti yenə Azərbaycanı muzdlu gətirib savaşda istifadə etdiklərini və Türkiyənin bu savaşda tərəf olduğu nağıllarını söyləyərək dünyanı buna inandırmağa çalışır. Diplomatiyasını da bu terror ölkəsi bu cəfəngiyyat üzərində qurublar. Amma erməni politoloqlardan keçmiş xarici işlər naziri Vardan Qukasyan adlı birisi demək olar ki, hər gün efirə çıxıb bununla bağlı fakt istəyir və Ermənistanın başçısını və ətrafındakılarını ifşa edir. Paşinyan hər gün döyülür, amma bu düşük adamda abır - həya yoxdur, məğlubiyyətini qəbul etmək və ordusunu Qarabağdan çıxarmaq əvəzinə Azərbaycanı hədələyir. Bu çıxış Ermənistanın son çırpındılarıdır. Azərbaycan bunlara elə bir dərs vermişdir ki, onlar bundan sonra da hər zaman TÜRKÜN qapazını hiss edəcəklər. Qələbə bizimdir. Yaşasın AZƏRBAYCAN!

Mənbə: moderator.az