Allah Sizi və ordumuzu qorusun – Qarabağdan məhkum Faiq Zeynalov Prezidentə yazdı…

Allah Sizi və ordumuzu qorusun  – Qarabağdan məhkum Faiq Zeynalov Prezidentə yazdı…

Bakının Qaradağ rayonundan məhkum Faiq Zeynalov da Prezident İlham Əliyevə müraciət edənlər sırasındadır.

“İlk əvvəl apardığınız bu haqq mübarizəsində Sizə və Ordumuza uğurlar arzulayıram. Ulu Öndərin dediyi kimi: “Vətən uğrunda savaş qeyrət uğrunda, namus uğrunda aparılan savaşdır”.

Təəssüflər olsun ki, həbsxanada olmağım məni bu haqq savaşında iştirak etməyimə əngəl törədir.

Müzəffər Ali Baş Komandan, harada olmağımdan asılı olmayaraq mən də bu şərəfli döyüşdə canımdan, qanımdan keçmək üçün Sizin əmrinizi gözləyirəm.

Allah Sizi və Ordumuzu qorusun!

Qələbə bizimlədir!” - deyə məhkum Prezident İlham Əliyevə müraciətində vurğulayır.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com