Keçmiş snayperçi məhkum Elçin Siyahbərzadə Prezident İlham Əliyevə məktub yazdı…

Keçmiş snayperçi məhkum Elçin Siyahbərzadə Prezident İlham Əliyevə məktub yazdı…

“Hazırda cəzaçəkmə müəssisəndə olan bir məhkum kimi qeyd edim ki, döyüş bölgəsində gedən hərbi əməliyyatlar bütün azərbaycanlılar kimi məni də çox qürurlandırır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə mən də yaxından iştirak etmək, torpaqlarımızı yağı düşməndən azad etmək istəyirəm.

Mən Sərhəd Qoşunlarında xidmət etmişəm və baş atıcı, snayperçi olmuşam. Hazırda gedən Vətən müharibəsində əlimdən gələn köməyi göstərməyə hazıram.

Dustaq olmağıma baxmayaraq, mənim də vətəndaşlıq borcumdur ki, belə bir gündə xalqımın və müzəffər Ali Baş Komandanımın yanında olum.

Cənab Prezident, Sizinlə qürur duyuruq.

Uca Tanrı Sizə və Ordumuza kömək olsun!”

Bunu Şəki şəhərindən məhkum Elçin Siyahbərzadə Prezident İlham Əliyevə etdiyi müraciətdə bildirib.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com