Sizlərlə çiyin-çiyinə durmaq istəyirəm – Mersindən Mehmet Atila Azərbaycan Prezidentinə yazdı…

Sizlərlə çiyin-çiyinə durmaq istəyirəm  – Mersindən Mehmet Atila Azərbaycan Prezidentinə yazdı…

Türkiyə Respublikasının Mersin şəhərindən Mehmet Atila Prezident İlham Əliyevə müraciət edib.

“Allahdan Sizə və xalqınıza daimi lütf və mətanət arzulayır, şəhidlərinizə isə rəhmət diləyirəm. Qədərinizdə nə varsa onu paylaşmaq, qarşılaşdıqlarınız önündə Sizlərlə çiyin-çiyinə durmaq istəyirəm.

Allah Sizi, bizi və bütün islam dünyasını qorusun, Sizin yar və yardımçınız olsun. Bizlərlə xain davranan, oyun oynamağa cəhd edən düşmənlərimiz isə gücün nə olduğunu gördülər.

Uca Rəbbimdən tezliklə işğal altında olan torpaqlarınızı azad etmək üçün xalqınıza kömək olmasını arzulayıram. Bir türk olaraq bu mübarizənizdə daim Sizin yanınızda olmaq, “Bir millət, iki dövlət” ideyasına xidmət etmək istəyirəm. Qəlbimlə, ruhumla və dualarımla Sizin yanınızdayam.

Sizin yolunuzda, haqqın, ədalətin bərpası yolunda qardaşlarımla bir sırada olmaq, Allah qismət edərsə, şəhidlik zirvəsinə ucalmaq mənim üçün şərəfdir.

Artıq analarımızın, atalarımızın göz yaşı axıtmasını, övladlarımızın valideynlərindən məhrum olmasını istəmirik” - deyə Mehmet Atila Prezident İlham Əliyevə müraciətində qeyd edib .

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com