“Azərbaycan yalnız hərbi obyektləri hədəfə alır” - “Le Figaro” qəzeti

Fransanın “Le Figaro” qəzetinin Bakıya ezam olunmuş xüsusi müxbiri Emmanuel Qrınzpanın “Bakı Dağlıq Qarabağa necə daxil oldu” sərlövhəli məqaləsi dərc olunub.

Unikal.org xəbər verir ki, məqalədə Dağlıq Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyündən bəhs edilir.

Məqalənin müəllifi qeyd edib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən 2 dəfə çoxdur. Bu gün Azərbaycan 1994-cü ildə itirdiyi 20 faiz torpağının intiqamını alır.

Bildirilib ki, Azərbaycanın Ermənistan ərazilərinə müdaxilə etmək niyyəti yoxdur. Ancaq Ermənistan Gorus və Qapandan Azərbaycan ərazilərini atəşə tutur. Onların məqsədi Rusiyanı müharibəyə cəlb etməkdir. Ermənistan qonşu İranla bağlı da eyni taktikaya əl atsa da, istəyinə nail ola bilməyib.

Diqqətə çatdırılıb ki, döyüşlər yalnız Azərbaycan torpaqlarında gedir. Azərbaycan yalnız hərbi obyektləri hədəfə alır.

Müəllif qeyd edir ki, Azərbaycan Ordusuna məxsus PUA-lar bu münaqişədə əsas söz sahibidir və bu ölkənin üstünlüyünü təmin edir. Döyüşlər başlayandan dərhal sonra Ermənistanın rabitə və hava hücumundan müdafiə sistemləri, o cümlədən radarları məhv edilib. Bununla da rəsmi Bakı müharibədə əhəmiyyətli üstünlük qazanıb.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Bərdəyə raket atılması nəticəsində 4 nəfər ölüb: Hadisə şahidləri və zərərçəkənlər danışır

SONRAKI XƏBƏR

"Real"ın ulduzu zədələnməsini məsxərəyə qoydu