"Nikolu öldürəcəklər. Hər uğursuzluğu da onun boynuna yıxıb yenə 100 il ağlayacaqlar"

Oktyabrın 27-də qondarma qurbanlarının abidəsini ziyarət edən Nikol Paşinyanın Facebook-dakı paylaşımı Azərbaycan seqmenti tərəfindən haqlı iradlara tuş gəlib.

KONKRET.az xəbər verir ki, uzman uroloq-androloq, tanınmış ictimaiyyətçi Vasif İsmayıl da Ermənistanın baş nazirinə “Öz xalqından terror qorxusu altında olmaq çox üzücüdür” rəyini yazıb. V.İsmayılın bildirdiyinə görə, bu rəyindən sonra Nikol onun səhifəsini bloka atıb. Tanınmış həkimin bununla bağlı öz səhifəsindəki müzakirələrdə yazdığı rəy isə daha diqqətçəkən olub. O qeyd edib ki, “Nikolu öldürəcəklər. Hər uğursuzluğu da onun boynuna yıxıb yenə 100 il ağlayacaqlar. Erməni milli düşüncəsinin dəyişməsi üçün şərait yoxdur. Bəlkə bizdən görəcəkləri həzimət onlara bir şans verdi. Ona görə də həmişə deyirəm: Azərbaycanın Ermənistan üzərində zəfəri təkcə Azərbaycanın deyil, erməni xalqına da şans verir”.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

“Barselona”nın prezidenti istefa verib

SONRAKI XƏBƏR

"Ermənistan mülki əhalinin kütləvi qırğınına son qoymalıdır" - GAMOH bəyanat yaydı