"Ermənistan mülki əhalinin kütləvi qırğınına son qoymalıdır" - GAMOH bəyanat yaydı

Ermənistan silahlı qüvvələri bütün beynəlxalq konvensiyaları pozaraq Azərbaycanın döyüş bölgəsindən uzaq şəhərə və kəndlərini, mülki əhalisini hədəfə alır. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) erməni terrorunu pisləyən bəyanatla çıxış edib. Cebhe.info-ya daxil olan bəyanatda deyilir:

"Beynəlxalq təşkilatlardan Ermənistan hökumətinin hərbi cinayətlərinə son qoyulmasını, erməni ordusunun Azərbaycanın mülki əhalisinə qarşı raket hücumlarının dayandırılmasını tələb edirik. Ermənistan tezliklə günahsız uşaqların qətlini dayandırmalıdır".

Bəyanatda bildirilir ki, bu müraciət web site http://chng.it/cGLTzKFy ilə bütün dünyaya yayılacaq. "Sülh istəyən və zorakılığa qarşı olan bütün insanların, təşkilatların bu imza kampaniyasına qoşulamsını xahiş edirik"-deyə, bəyanatda qeyd olunur.

Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının sədri, Minsk Qrupunun sədrləri, Avropa Şurasının Prezidenti, BMT Baş Assambleyasının hazırkı sədri, ABŞ Senatının rəhbəri və ABŞ Nümayəndələr Palatasının başçısı müraciətin əsas alıcılarıdır. İmzalar yetərli saya çatdıqdan sonra sorğunun mətnini birbaşa qeyd olunan sayt vasitəsilə alacaqlar.

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

"Nikolu öldürəcəklər. Hər uğursuzluğu da onun boynuna yıxıb yenə 100 il ağlayacaqlar"

SONRAKI XƏBƏR

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - VİDEO