Tramp humanitar atəşkəsin pozulmasına görə məyus olduğunu bildirib

Tramp humanitar atəşkəsin pozulmasına görə məyus olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda humanitar atəşkəsin əldə olunması ilə bağlı razılaşmanın pozulmasından məyus olduğunu bildirib.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, amerikalı lider vəziyyətin normallaşacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, oktyabrın 25-də Vaşinqtonda Azərbaycan və Ermənistanın humanitar atəşkəs elan etməsi ilə bağlı razılığa gəlinib. Atəşkəslə bağlı razılaşma 26 oktyabr saat 08:00-da qüvvəyə minsə də, saat 08:05-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb.

Mənbə: qafqazinfo.az