Yunanistan Xarici İşlər naziri İsrail və Kiprli həmkarı ilə görüşüb

Yunanistan Xarici İşlər naziri İsrail və Kiprli həmkarı ilə görüşüb

Yunanistan Xarici İşlər naziri Nikos Dendias, İsrail və Kiprdən olan həmkarları Gabi Aşkenazi və Nikos Kristodolides ilə Afinada görüş keçirib.

REAL xəbər verir ki, Yunanıstan hökuməti, İsrail və bölgədəki digər ölkələrlə ticarət, enerji və hərbi tərəfdaşlığı genişləndirmək istədiyini bildirib.

İsrail, Kipr və Yunanistanın Şərqi aralıq dənizindən Avropaya qazın nəqlinə dair enerji layihəsi üzrəində əməkdaşlığı gücləndirir.

Layihənin yekunlaşdırlması isə 2023-cü ilə qədər hədəflənir.

Görüş zamanı, İsrail XİN rəhbəri Gabi Ashkenazi Yunanıstan və Kipr arasındakı ortaqlığın bölgədəki sabitliyin qorunmasına töhfə verdiyini bidlirib. Aşkenazi, həmçinin, İsrailin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Sudan ilə diplomatik əlaqələrin bərpasına dair sazişların imzalanmasıını Orta Şərqdə müsbət dəyişikliyə səbəb olacağını da əlavə edib.

 

Mənbə: www.realtv.az