Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi ERMƏNİSTANA QARŞI VƏSATƏT

Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi ERMƏNİSTANA QARŞI VƏSATƏT

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Məhkəmə Reqlamentinin 39-cu qaydasına əsasən, Ermənistana qarşı təminat tədbirlərinin tətbiq edilməsi barədə Azərbaycan tərəfindən vəsatət alıb.

“İnterfaks Azərbaycan” bildirir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Avropa Məhkəməsindən Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycanın yaşayış məntəqələri, ictimai binalar, qəbiristanlıqlar və digər mülki obyekt və infrastrukturun raket və mərmi atəşinə tutulmasına son qoyulmasını Ermənistanın öhdəsinə qoymağı xahiş edir.

Azərbaycan, həmçinin ölkənin işğal olunmuş ərazilərində kriminal avtoritetlərə hərbi, siyasi, maliyyə və ya hər hansı digər dəstəyin dayandırılmasını zəruri hesab edir.

Bundan başqa, Azərbaycan Avropa Məhkəməsindən Azərbaycanın suveren ərazisinə hərbi qüvvələrin, silahların və muzdluların göndərilməsinə son qoymağı, Azərbaycan ərazisindəki qeyri-leqal hərbi qüvvələrini və texnikasını çıxarmağı və Azərbaycan Respublikasına və onun vətəndaşlarına nifrət siyasətindən əl çəkməyi Ermənistanın öhdəsinə qoymağı xahiş edir.

“Sorğuya tezliklə baxılacaq”, - deyə məlumatda bildirilib.

Mənbə: virtualaz.org