A.Lukaşenko: Belarusda hökumət əleyhinə keçirilən etirazlar sivil çərçivədən çıxır

A.Lukaşenko: Belarusda hökumət əleyhinə keçirilən etirazlar sivil çərçivədən çıxır

Belarusda hökumət əleyhinə keçirilən etirazlar sivil çərçivədən çıxır və aksiyada iştirak edənlər hüquqi nəticələrlə üzləşəcəklər.

REAL xəbər verir ki, bunu Belarus prezidenti Aleksander Lukaşenko siyasətçilərlə keçirdiyi görüşündə deyib.

Prezident bildirib ki, ölkədə keçirilən etirazlar siyasi baxımdan radikallaşıb. A.Lukaşenko onu da əlavə edib ki,artıq hökumətə qarşı terror təhdidləri güclənib.

Prezident uşaqları askiyaların keçirildiyi yerlərdən uzaq tutmağı çağırıb.

Qeyd edək ki, Belarusda 9 avqustda baş tutan prezident seçkilərinin nəticələrinə etiraz olaraq, bir ay yarımdır ki, etiraz aksiyaları davam edir.

1994-cü ildən bu vəzifəni tutan hazırkı dövlət başçısı Aleksandr Lukaşenko qalib elan edilib. Müxalifət hakimiyyətin elan etdiyi seçki nəticələrini tanımır, onları saxta hesab edir.

 

Mənbə: www.realtv.az