San-Fransiskoda aksiya - VİDEO

San-Fransiskoda aksiya - VİDEO

ABŞ-ın San Farnsisko şəhərində Kaliforniyadakı Azərbaycan icması tərəfindən Ermənistanın terror aktlarına qarşı aksiya keçirilib. Azərbaycan bayrağını dalğalandıran aksiya iştirakçıları ölkəmizə ərazi bütövlüyü uğrunada mübarizəsində dəstək olublar. Qarabağ Azərbaycandır şüarları səsləndiriblər.

Aksiya iştirakçıları Gəncə terrorunun qurbanlarını yad ediblər. "Erməni terroruna son", "Erməni yalanlarına inanmayın", "Ermənistan dinc insanlara hücum edir", "Gəncədə uşaqlar qətlə yetirilir" yazılmış plakatlar nümayiş etdiriblər.

Daha sonra aksiya iştirakçıalrı bayraq və plakatlarla şəhərin mərkəzi küçələrində yürüş edib. Akisyada Azərbaycan musiqiləri səsləndirilib.

 

Mənbə: www.realtv.az