Özbəkistan prezidenti Türkiyənin müdafiə nazirini qəbul etdi

Özbəkistan prezidenti Türkiyənin müdafiə nazirini qəbul etdi

Oktyabrın 27-də Prezident Şavkat Mirziyoyev Özbəkistana səfərə gələn Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, görüş zamanı ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlığın vəziyyəti və perspektivləri nəzərdən keçirilib, habelə son illərdə müdafiə sektorunda həyata keçirilən birgə fəaliyyətin nəticələrinə yekun vurulub.

“Özbəkistan və Türkiyənin müdafiə idarələri arasında qurulan qarşılıqlı fəaliyyətin vacib sahələri hərbi kadrların hazırlanması, ixtisaslaşmış universitetlər arasında əlaqələrin qurulması, hərbi hissələrin hazırlanmasında təcrübə mübadiləsi sahəsində proqramların həyata keçirilməsidir” deyilib.

Bölgədəki təhdidlərə qarşı birgə fəaliyyətin aktual məsələləri də müzakirə mövzusu olub.

 

 

Mənbə: konkret.az